9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

NATO xarici işlər nazirləri təhlükəsizlik prioritetlərini müəyyənləşdirdi

İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin iki günlük toplantısı başa çatıb. Görüşlər zamanı iyul ayında Ankarada keçiriləcək NATO Sammiti öncəsi alyansın əsas təhlükəsizlik prioritetləri müəyyənləşdirilib. NATO-nun baş katibi Mark Rutte çıxışında İranın Hörmüz boğazını bağlamaqla qlobal iqtisadiyyata təzyiq göstərməyə çalışdığını bildirib. O qeyd edib ki, bölgədə tranzitin açıq saxlanılması üçün ölkələrin birgə fəaliyyət göstərməsi vacibdir.

23 May 2026 11:52
NATO xarici işlər nazirləri təhlükəsizlik prioritetlərini müəyyənləşdirdi

BAKI,VOA, Fərid Mikayılov

İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin iki günlük toplantısı başa çatıb. Görüşlər zamanı iyul ayında Ankarada keçiriləcək NATO Sammiti öncəsi alyansın əsas təhlükəsizlik prioritetləri müəyyənləşdirilib.

VOA xəbər verir ki, toplantıda əsas müzakirə mövzuları müdafiə sənayesi imkanlarının genişləndirilməsi və NATO üzvlərinin müdafiə xərclərinin ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdırılması olsa da, Hörmüz boğazındakı vəziyyət də gündəmdə xüsusi yer tutub.

NATO-nun baş katibi Mark Rutte çıxışında İranın Hörmüz boğazını bağlamaqla qlobal iqtisadiyyata təzyiq göstərməyə çalışdığını bildirib. O qeyd edib ki, bölgədə tranzitin açıq saxlanılması üçün ölkələrin birgə fəaliyyət göstərməsi vacibdir.

Toplantı zamanı İran ətrafında yaranmış vəziyyətin ABŞ və bəzi Avropa müttəfiqləri arasında siyasi fikir ayrılıqlarını da üzə çıxardığı bildirilib.

ABŞ dövlət katibi Marko Rubio isə NATO üzvlərinin İranın nüvə silahına sahib olmaması məsələsində ortaq mövqedə olduğunu, lakin Vaşinqtonun çağırışlarına bütün ölkələrin eyni səviyyədə dəstək vermədiyini bildirib.

Rubio həmçinin İspaniyanın İranla bağlı əməliyyatlar üçün ABŞ qüvvələrinə ölkədəki hərbi bazalardan istifadə icazəsi verməməsini tənqid edib.

Məqalədə: #İsveç #Ankara #NATO #Mark Rutte #Marko Rubio #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.