6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın etirazlarına baxmayaraq, İtaliya kubalı həkimlərlə əməkdaşlığı davam etdirir

İtaliyanın cənubundakı Kalabriya bölgəsi ABŞ-ın təzyiqlərinə baxmayaraq Kubadan cəlb olunan həkimlərlə əməkdaşlığı davam etdirir. Regional hakimiyyət bu proqramın səhiyyə sisteminin fəaliyyətini qorumaq üçün vacib olduğunu bildirir.

9 İyul 2026 11:34
ABŞ-ın etirazlarına baxmayaraq, İtaliya kubalı həkimlərlə əməkdaşlığı davam etdirir

BAKI,VOA Orxan Qədirzadə

İtaliyanın cənubundakı Kalabriya bölgəsi ABŞ-ın təzyiqlərinə baxmayaraq Kubadan cəlb olunan həkimlərlə əməkdaşlığı davam etdirir. Regional hakimiyyət bu proqramın səhiyyə sisteminin fəaliyyətini qorumaq üçün vacib olduğunu bildirir.

Hazırda İtaliyanın ən kasıb bölgəsi hesab olunan Kalabriyanın ucqar xəstəxanalarında 200-dən çox kubalı tibb işçisi çalışır. Yerli həkim çatışmazlığı səbəbindən bəzi xəstəxana şöbələrinin fəaliyyətini dayandırdığı bir vaxtda xarici mütəxəssislərin cəlb olunması səhiyyə xidmətlərinin davamlılığını təmin edib.

Polistena xəstəxanasının baş həkimi Françesko Moskella bildirib ki, kubalı həkimlər 2023-cü ilin yanvarında gələnədək vəziyyət kritik idi.

Onun sözlərinə görə, təcili yardım şöbəsinin fəaliyyətini təkbaşına davam etdirməyə çalışırdı və həkim çatışmazlığı xəstəxananın normal işləməsini ciddi şəkildə çətinləşdirirdi.

Kalabriya iqtisadi inkişaf baxımından İtaliyanın şimal bölgələrindən geri qalır. Bölgədə əməkhaqları ölkə üzrə orta göstəricidən təxminən 30 faiz aşağı, işsizlik isə milli orta göstəricidən iki dəfə yüksəkdir.

İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, Kalabriya ölkənin 20 bölgəsi arasında dövlət səhiyyə xidmətlərinə çıxış baxımından sonuncu yerdə qərarlaşıb.

Büdcə çatışmazlığı, korrupsiya qalmaqalları və mütəşəkkil cinayətkar qrupların təsiri səbəbindən bölgənin səhiyyə sistemi uzun illər xüsusi inzibati nəzarət altında fəaliyyət göstərib. Bu səbəbdən yeni məzun olan bir çox həkim ölkənin şimal bölgələrində işləməyi üstün tutub.

COVID-19 pandemiyası dövründə Kuba İtaliyanın müxtəlif bölgələrinə tibbi briqadalar göndərmişdi. Pandemiya başa çatdıqdan sonra isə Kalabriya kubalı həkimlərlə əməkdaşlığı davam etdirmək qərarı verib.

Polistenadakı təcili yardım şöbəsində çalışan kubalı həkim Zoyla Yakelin Arevalo Kruz bildirib ki, işlədiyi xəstəxana ildə təxminən 30 min xəstə qəbul edir və altı kubalı həkim şöbə əməkdaşlarının yarısını təşkil edir.

Onun sözlərinə görə, əvvəllər xəstələr həkim qəbulunu almaq üçün 8–12 saat gözləməli olurdular. Hazırda isə əksər hallarda müayinə bir saatdan az müddətdə həyata keçirilir.

Həkim qeyd edib ki, artıq italyan dilində sərbəst danışır və yerli dialekti də xəstələrlə ünsiyyət zamanı öyrənib.

ABŞ isə uzun illərdir Kubanın xarici ölkələrə göndərdiyi tibbi missiyaları tənqid edir.

ABŞ dövlət katibi Marko Rubio bu proqramı "insan alverinin bir forması" adlandıraraq bildirib ki, Kuba hökuməti həkimlərin maaşlarının böyük hissəsini özündə saxlayır və bəzi hallarda onların pasportlarını müsadirə edir.

ABŞ Dövlət Departamenti isə bəyan edib ki, Kubanın tibbi briqadaları ölkə hakimiyyəti üçün əsas xarici valyuta mənbələrindən biridir və Vaşinqton tərəfdaş dövlətləri bu proqramın mahiyyəti barədə məlumatlandırmağa davam edir.

Vaşinqtonun təzyiqlərindən sonra bəzi Latın Amerikası və Karib hövzəsi ölkələri Kubanın tibbi proqramlarını dayandırıb.

Yamayka mart ayında Kuba ilə 50 illik tibbi əməkdaşlıq sazişini ləğv edib ki, bu da təxminən 300 tibb işçisini əhatə edib. Honduras isə 150-dən çox kubalı həkimin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Bunun əksinə olaraq Meksika Prezidenti Klaudiya Şeynbaum proqramı müdafiə edərək onun tibbi xidmətə çıxışı məhdud olan əhali üçün həyati əhəmiyyət daşıdığını bildirib.

Kuba hökuməti hazırda 55 ölkədə 22 mindən çox tibb işçisinin fəaliyyət göstərdiyini və bunun beynəlxalq həmrəylik missiyası olduğunu açıqlayıb.

Kalabriya bölgəsinin qubernatoru Roberto Okkiuto isə ABŞ-ın etirazlarına baxmayaraq kubalı həkimlərlə əməkdaşlığın davam etdirilməsində israrlıdır.

Onun sözlərinə görə, ABŞ nümayəndələri, o cümlədən Kubadakı ABŞ diplomatik missiyasının rəhbəri Mayk Hammer bu ilin fevralında Kalabriyaya səfər edərək alternativ tibb işçilərinin cəlb olunmasının məqsədəuyğun olacağını bildiriblər.

Qubernator qeyd edib ki, ABŞ tərəfindən həm əvvəlki administrasiya dövründə, həm də Prezident Donald Trampın hakimiyyəti dövründə müəyyən təzyiqlər olub. Bununla yanaşı, o vurğulayıb ki, xəstəxanaların fəaliyyətini davam etdirməsi üçün hazırda İtaliyada çalışan kubalı həkimlərin iş yerlərində qalmasına ehtiyac var.

Okkiuto gələcəkdə kubalı həkimlərin sayını təxminən min nəfərə çatdırmaq istədiyini, lakin Vaşinqtonla münasibətləri nəzərə alaraq bu planı hələlik reallaşdırmadığını bildirib.

Kalabriya rəhbərliyi ilə Kuba arasında imzalanmış razılaşmaya əsasən, bölgə hökuməti maaşları birbaşa həkimlərin İtaliyadakı bank hesablarına köçürür və vəsait Kuba hökumətinə deyil, birbaşa tibb işçilərinə ödənilir.

Bununla belə, kubalı həkimlər maaşlarının bir hissəsini könüllü şəkildə Kuba hökumətinə göndərdiklərini bildirirlər.

Təcili yardım həkimi Zoyla Yakelin Arevalo Kruz qeyd edib ki, ölkəsinin iqtisadi vəziyyətini nəzərə alaraq bu yardımı könüllü şəkildə edirlər. Onun sözlərinə görə, Kuba onları pulsuz təhsil və peşə hazırlığı ilə təmin etdiyi üçün bunu mənəvi borc hesab edirlər.

Kardioloq Deyzi Luperon Loforte də eyni mövqeni bölüşərək bildirib ki, onlar özlərini heç bir halda müasir dövrün qulları hesab etmirlər və ölkələrinə iqtisadi dəstək verməkdən məmnundurlar.

Kalabriya rəhbərliyi həmçinin açıqlayıb ki, əvvəllər Kubanın beynəlxalq tibbi missiyalarında iştirak etmiş 63 kubalı həkim son vaxtlar regionun səhiyyə sistemində proqramdan kənar qaydada müstəqil işləmək üçün müraciət edib.

Kalabriya sakinləri isə kubalı həkimlərin fəaliyyətini yüksək qiymətləndirirlər. Yerli sakin Mariya Morano onların peşəkarlığı, insanlara qayğıkeş münasibəti və təvazökarlığı ilə seçildiyini bildirərək, kubalı həkimlərin gəlmədiyi halda bölgədəki xəstəxanaların fəaliyyətini davam etdirməsinin mümkün olmayacağını vurğulayıb.

Məqalədə: #İtaliyanın dövlət səhiyyə xidmətləri #Kalabriya bölgəsində həkim çatışmazlığı #Yerli xəstəxanaların təcili yardım şöbələri #Büdcə çatışmazlığı və xüsusi inzibati nəzarət #İtaliyanın cənubunda işsizlik və aşağı əməkhaqqı #Tibb işçilərinin daxili miqrasiyası #ABŞ Dövlət Departamentinin bəyanatı #Vaşinqtonun Kubaya qarşı sanksiyaları

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.