11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya ABŞ-dən "Tomahawk" raketləri alacaq

Fridrix Merts qeyd edib ki, Almaniya müdafiə xərclərini planlaşdırıldığından daha tez ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdıracaq. O bildirib ki, NATO sammiti çərçivəsində ABŞ ilə əldə olunan razılaşmaya əsasən, Almaniya ABŞ istehsalı olan "Tomahawk" qanadlı raketlərini satın alacaq və onları ölkədə yerləşdirəcək.

9 İyul 2026 12:56
Almaniya ABŞ-dən "Tomahawk" raketləri alacaq

BAKI,VOA, Fərid Mikayılov

Almaniya ABŞ-dən "Tomahawk" qanadlı raketləri satın alacaq və onları ölkə ərazisində yerləşdirəcək.

VOA xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Federal Məclisdə çıxışı zamanı bildirib.

Kanslerin sözlərinə görə, NATO-nun Ankarada keçirilən sammiti gözləntilərdən daha uğurlu nəticələrlə başa çatıb və Alyans birlik, güc və çəkindirmə potensialını daha da artırıb.

Fridrix Merts qeyd edib ki, Almaniya müdafiə xərclərini planlaşdırıldığından daha tez ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdıracaq.

O bildirib ki, NATO sammiti çərçivəsində ABŞ ilə əldə olunan razılaşmaya əsasən, Almaniya ABŞ istehsalı olan "Tomahawk" qanadlı raketlərini satın alacaq və onları ölkədə yerləşdirəcək.

"Beləliklə, müdafiə sistemimizdə mövcud olan mühüm strateji boşluğu aradan qaldırırıq. Bununla yanaşı, Avropada öz müdafiə sistemlərimizi inkişaf etdirmək və yerləşdirmək istiqamətində də fəaliyyətimizi davam etdirəcəyik", – deyə Merts vurğulayıb.

Kansler NATO-nun transatlantik alyans olaraq qalacağını qeyd edərək, Avropa ölkələrinin təhlükəsizliyinə görə ilk növbədə özlərinin məsuliyyət daşıdığını bildirib.

O, həmçinin Almaniyanın müdafiə sənayesinin gücləndirilməsinin hökumətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Məqalədə: #Almaniya #NATO #Fridrix Merts

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.