4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Köln yaxınlığındakı Nörvenix Hərbi Hava Bazasında keçirilən 26-cı Fransa–Almaniya Nazirlər Şurasının iclasından sonra müdafiə, Ukrayna və Çinlə bağlı əməkdaşlığın genişləndiriləcəyini açıqlayıblar.

18 İyul 2026 11:50
Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

BAKI,VOA, Fərid Mikayılov

Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Köln yaxınlığındakı Nörvenix Hərbi Hava Bazasında keçirilən 26-cı Fransa–Almaniya Nazirlər Şurasının iclasından sonra müdafiə, Ukrayna və Çinlə bağlı əməkdaşlığın genişləndiriləcəyini açıqlayıblar.

VOA xəbər verir ki, Merts bildirib ki, Almaniya bu il Fransa ordusunun keçirəcəyi nüvə təlimində iştirak edəcək.

"Ortaq doktrinanın formalaşdırılması istiqamətində işlərlə yanaşı, Almaniyanın konvensional silahlı qüvvələri bu il Fransa ordusunun nüvə təliminə qatılacaq", – deyə kansler vurğulayıb.

O qeyd edib ki, Fransa və Almaniyanın yaratdığı strateji istiqamətləndirmə qrupu gələcəkdə nüvə çəkindiriciliyinin necə gücləndirilə biləcəyini müzakirə edəcək.

Merts əlavə edib ki, bu təşəbbüs NATO-nun nüvə paylaşımı və çəkindiricilik siyasətinə alternativ deyil, əksinə onu tamamlayır.

Bununla yanaşı, Almaniya Fransanın təşəbbüsü ilə payızda keçiriləcək Ukrayna ilə bağlı hərbi təlimlərdə də iştirak edəcək. Kansler təlimdə iştirakın formatının yaxın vaxtlarda dəqiqləşdiriləcəyini bildirib.

Sözügedən təlim Ukraynaya dəstək verən ölkələrin yaratdığı "Könüllülər Koalisiyası" çərçivəsində təşkil olunacaq. Makron daha əvvəl bildirmişdi ki, təlimlərin məqsədi müharibədən sonra Ukraynada yerləşdirilməsi planlaşdırılan Çoxmillətli Ukrayna Qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaqdır.

İki ölkə lideri iqtisadi məsələlərə də toxunaraq, Çinin ticarət siyasətinə qarşı ortaq mövqe formalaşdıracaqlarını açıqlayıblar.

Makron bildirib ki, Fransa və Almaniya sentyabr ayına qədər Çinin "ədalətsiz ticarət təcrübələrinə" qarşı birgə yol xəritəsi hazırlamağı hədəfləyir.

"Hazırda Pekinin ticarət siyasəti səbəbindən ciddi təzyiqlə üz-üzəyik", – deyə Fransa prezidenti vurğulayıb.

Makron iqtisadiyyat, maliyyə və xarici işlər nazirlərinə bu istiqamətdə ortaq plan hazırlamaq tapşırığı verildiyini bildirib. O, həmçinin Avropa Komissiyasının bazar araşdırmaları aparmaq və Avropa sənayesini qorumaq sahəsində səlahiyyətlərinin gücləndirilməsini dəstəklədiklərini qeyd edib.

Merts isə Avropa İttifaqının Çinlə ticarət kəsirinin son illərdə sürətlə artdığını xatırladaraq, bunun Avropa sənayesi üçün ciddi problem yaratdığını bildirib.

Qeyd edək ki, Avropa İttifaqı dövlət subsidiyaları hesabına dəstəkləndiyi iddia olunan Çin məhsullarının Avropa bazarına təsirinə qarşı vahid siyasət hazırlamağa çalışır. Bu məsələdə Fransa daha sərt mövqedən çıxış etdiyi halda, Çin bazarında iri investisiyalara malik Almaniya indiyədək daha ehtiyatlı siyasət yürüdüb.

Məqalədə: #Almaniya #Fransa #Emmanuel Makron #Fridrix Merts

Mövzu üzrə digər xəbərlər

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

11:31
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb
Texnologiya

Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

28 Avqust 22:18
Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb
Səudiyyə Ərəbistanı

Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

25 Avqust 19:25

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.