6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

ABŞ məhkəməsi Paramount Skydance-in Warner Bros. Discovery-ni almaq planını avqustun 3-dək dayandırıb. Qərar Kaliforniyanın rəhbərlik etdiyi bir qrup ştatın müraciətindən sonra qəbul edilib. Ştatlar birləşmənin rəqabətə zərər vuracağını iddia edir. Hakim onların mövqeyində kifayət qədər əsasların olduğunu bildirib. Avqustun 3-də sövdələşmənin daha uzun müddətə dayandırılması məsələsinə baxılacaq. Paramount isə iddialarla razılaşmır. Məhkəmə prosesi media sənayesində böyük maraqla izlənilir.

20 İyul 2026 22:35
ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

BAKI,VOA,Yusif Şərifzadə

ABŞ məhkəməsi Paramount Skydance şirkətinin Warner Bros. Discovery-ni 110 milyard dollara almaq planının müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Qərar bir sıra ştatların birləşmənin rəqabətə ciddi zərər vuracağı barədə müraciətindən sonra verilib.

VOA xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının rəhbərlik etdiyi koalisiya məhkəməyə müraciət edərək sövdələşmənin bazardakı rəqabəti geri dönməz şəkildə zəiflədəcəyini iddia edib. Oklenddə yerləşən federal məhkəmənin hakimi Araseli Martinez-Olqin ştatların mövqeyində kifayət qədər əsasların olduğunu bildirib.

Məhkəmə qərarı ilə Paramount Skydance-in Warner Bros. Discovery-ni almaq prosesi avqustun 3-dək dayandırılıb. Həmin tarixdə məhkəmədə sövdələşmənin davam edən məhkəmə prosesi müddətində daha uzun müddətə təxirə salınıb-saxlanılmayacağı müzakirə ediləcək.

Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms qərarı rəqabətin qorunması baxımından mühüm addım adlandırıb. O bildirib ki, birləşmənin əleyhinə mübarizə davam etdiriləcək.

Şirkət nümayəndələri məhkəmə qərarı ilə bağlı dərhal açıqlama verməyiblər. Paramount isə daha əvvəl məhkəmə iddiasının antinhisar qanunlarını yanlış şərh etdiyini və sövdələşmənin gecikdirilməsinin əyləncə sənayesində çalışanlara mənfi təsir göstərəcəyini bildirib.

Məqalədə: #ABŞ #məhkəmə #rəqabət #Paramount Skydance #Warner Bros. Discovery #Antinhisar #Media sənayesi #Əyləncə sektoru

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.