12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə bir daha "azad seçkilərin" keçirilməyəcəyini bəyan edib. Onun açıqlaması müxalifətin və beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Manaquada Sandinista İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Orteqa ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə etdiyini iddia edərək müxalifətin yenidən hakimiyyətə gəlməsinə imkan verilməyəcəyini bildirib.

22 İyul 2026 10:33
Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

BAKI,VOA Orxan Qədirzadə

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə bir daha "azad seçkilərin" keçirilməyəcəyini bəyan edib. Onun açıqlaması müxalifətin və beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

Manaquada Sandinista İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Orteqa ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə etdiyini iddia edərək müxalifətin yenidən hakimiyyətə gəlməsinə imkan verilməyəcəyini bildirib.

"ABŞ-ın və ya çevriliş tərəfdarlarının yaratdığı partiyaların yenidən hakimiyyətə gələcəyi dövr başa çatıb. ABŞ onlara nə qədər maliyyə dəstəyi versə də, buna nail ola bilməyəcək. Çevriliş tərəfdarlarının və vətən xainlərinin qarşısını almaq üçün qanunvericiliyi daha da gücləndirməliyik", – deyə Nikaraqua prezidenti bildirib.

Orteqa müxalifəti dövlət resurslarından şəxsi maraqlar üçün istifadə etməkdə ittiham edərək ölkədə hakimiyyəti dəyişdirmək məqsədilə seçkilərin bir daha keçirilməyəcəyini vurğulayıb.

Prezidentin bəyanatı müxalifət nümayəndələri tərəfindən tənqid edilib. Vətəndaşlıqdan məhrum edilmiş müxalif siyasətçi Feliks Maradiaqa Saens hakimiyyətin konstitusiyanı siyasi maraqlara uyğun şəkildə dəyişdirdiyini bildirib.

Digər müxalif lider Xuan Sebastyan Çamorro isə Orteqanın illərdir faktiki olaraq tətbiq etdiyi təkpartiyalı idarəetmə modelini artıq açıq şəkildə elan etdiyini deyib. Onun sözlərinə görə, hakimiyyət Çin, Şimali Koreya və Kubadakı siyasi sistemlərə bənzər uzunmüddətli təkpartiyalı model formalaşdırmağa çalışır.

ABŞ da Nikaraqua prezidentinin açıqlamalarına reaksiya verib. ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti vasitəsilə yaydığı bəyanatda Daniel Orteqanın seçkilərin tamamilə ləğv ediləcəyinə dair sözlərinin onun hakimiyyətinin avtoritar xarakterini açıq şəkildə nümayiş etdirdiyini bildirib.

Qeyd edək ki, 80 yaşlı Daniel Orteqa 2007-ci ildən fasiləsiz olaraq Nikaraquaya rəhbərlik edir. Son illərdə onun hakimiyyəti müxalifətə, müstəqil mediaya, qeyri-hökumət təşkilatlarına və insan hüquqları müdafiəçilərinə qarşı təzyiqləri artırmaqda ittiham olunur. Birləşmiş Millətlər Təşkilatının Nikaraqua üzrə Ekspertlər Qrupu hökumətin bəzi hərəkətlərinin insanlığa qarşı cinayət əlamətləri daşıya biləcəyini bildirib. Nikaraqua hakimiyyəti isə bu iddiaları rədd edərək onları ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir.

Məqalədə: #Nikaraqua #Nikaraquada seçkilərlə bağlı qərar #Orteqa hakimiyyətindən yeni addım #Daniel Orteqa #Nikaraqua siyasəti #Nikaraqua prezidenti #Nikaraquada seçkilər #azad seçkilər #Sandinista Milli Azadlıq Cəbhəsi #avtoritar idarəetmə

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.