6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Kim Çen Inla görüşmək istəyir

ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inlə bu ilin payızında, mümkün qədər tez bir zamanda görüşmək üçün köməkçilərinə təlimat verdiyi bildirilir. “Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp Asiyaya planlaşdırılan səfəri çərçivəsində Kimlə birbaşa danışıqlar keçirməyi müzakirə edib. Görüşün noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu sammiti zamanı baş tutması ehtimal olunur.

19 Avqust 2026 10:18
Tramp Kim Çen Inla görüşmək istəyir

BAKI,VOA Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inlə bu ilin payızında, mümkün qədər tez bir zamanda görüşmək üçün köməkçilərinə təlimat verdiyi bildirilir.

“Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp Asiyaya planlaşdırılan səfəri çərçivəsində Kimlə birbaşa danışıqlar keçirməyi müzakirə edib. Görüşün noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu sammiti zamanı baş tutması ehtimal olunur.

Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb Bunu da oxuyun Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb

Nəşr qeyd edib ki, rəsmi hazırlıqlara hələ başlanılmayıb. Bununla belə, Trampın Kimlə yenidən görüşmək istəyi onun xarici siyasətdə böyük nəticə əldə etməyə çalışdığını göstərir.

ABŞ rəsmiləri və analitiklər isə yeni görüşün ciddi irəliləyişlə nəticələnəcəyinə ehtiyatla yanaşırlar. Cənubi Koreya Vaşinqtonla Pxenyan arasında diplomatik dialoqu dəstəkləsə də, mümkün razılaşmanın Seul kimi regional müttəfiqlərlə münasibətlərə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilir.

Tramp və Kim Çen In daha əvvəl üç dəfə görüşüblər. İlk görüş 2018-ci ildə Sinqapurda, ikinci görüş 2019-cu ildə Hanoyda keçirilib. Həmin danışıqlar Kimin nüvə proqramının tamamilə ləğvi ilə bağlı razılığa gəlməməsindən sonra nəticəsiz başa çatıb. Eyni il tərəflər Koreyalararası demilitarizasiya zonasında da görüşüblər.

Tramp son günlər Kimlə münasibətlərinin “əla” olduğunu bildirib və ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin bir hissəsinin azaldılmasını dəstəkləyib.

Məqalədə: #Şimali Koreya diplomatiyası #Donald Tramp Kim Çen In #ABŞ Şimali Koreya münasibətləri #Şimali Koreya nüvə proqramı #ABŞ Şimali Koreya danışıqları #Kim Çen In Tramp #ABŞ Koreya hərbi təlimləri #Tramp Kim görüşü #Cənubi Koreya ABŞ münasibətləri #APEC sammiti #Vaşinqton Pxenyan əlaqələri #Şimali Koreya nüvə danışıqları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.