6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Ərzaq istehsalını artırın - Nobel mükafatı laureatı alimlər

Nobel və Dünya Ərzaq Mükafatı laureatı olan 150-dən çox alim, qlobal aclıq böhranının qarşısını almaq və gələcək illərdə ərzaq məhsuldarlığını artırmaq məqsədilə açıq məktub dərc ediblər.

15 Yanvar 2025 13:11
Ərzaq istehsalını artırın - Nobel mükafatı laureatı alimlər

Bakı, AzerVoice

Nobel və Dünya Ərzaq Mükafatı laureatı olan 150-dən çox alim, qlobal aclıq böhranının qarşısını almaq və gələcək illərdə ərzaq məhsuldarlığını artırmaq məqsədilə açıq məktub dərc ediblər.

AzerVoice xəbər verir ki, məktubda alimlər, iqlim dəyişikliyi və əhali artımının yaratdığı təhlükələrin daha çox müxtəlif növ qida istehsalı olmadan qarşısı alına bilməyəcəyini vurğulayıblar.

BMT-nin iyul ayında verdiyi məlumata görə, 2023-cü ildə təxminən 733 milyon insan aclıqla üzləşəcək. Alimlər, torpağın deqradasiyası, su qıtlığı kimi mənfi amillərin daha da təsirli olacağına diqqət çəkərək, araşdırmaların gücləndirilməsini və ərzaq paylanmasının yaxşılaşdırılmasına dair çağırış ediblər.

Məktubda, 2050-ci ilə qədər dünya əhalisinin 1,5 milyard artacağı və lazımi addımlar atılmadığı təqdirdə ərzaq təminatında çatışmazlıq yaşanacağı bildirilib. Gələcək ərzaq ehtiyaclarını ödəmək üçün lazım olan həllərin hazırlana biləcəyi, məsələn, fotosintez sürətinin artırılması, kimyəvi gübrə ehtiyacı olmayan məhsulların yetişdirilməsi və meyvə-tərəvəzin saxlanma müddətinin artırılması kimi yanaşmaların üzərində işlənə biləcəyi qeyd olunub.

Fizika üzrə 2011-ci il Nobel Mükafatı laureatı Brayan Şmidt, bu problemin tez həll edilə biləcəyini və 25 il ərzində milyardlarla insana təsir edəcəyini bildirib. O, ABŞ kimi böyük dövlətlər və qeyri-hökumət təşkilatlarının bu məsələdə liderlik edə biləcəyini vurğulayıb.

NASA-nın iqlimə təsiri tədqiqatçısı Cynthia Rosenzweig isə, alimlərin lazımi araşdırmaları apardıqlarını, lakin daha çox maliyyə ilə daha sürətli irəliləyiş əldə oluna biləcəyini qeyd edib.

Məqalədə: #aclıq #Nobel

Mövzu üzrə digər xəbərlər

Bu gün ilk dəfə Nobel Mükafatı təqdim edildi
Tarixdə bu gün

Bu gün ilk dəfə Nobel Mükafatı təqdim edildi

10 Dekabr 2025 09:00
Sudanda 21,2 milyon insan aclıqla qarşı-qarşıyadır  - BMT
Digər Xəbərlər

Sudanda 21,2 milyon insan aclıqla qarşı-qarşıyadır - BMT

27 Noyabr 2025 16:20
Dünya üzrə 673 milyon insan aclıqla üz-üzədir
Digər Xəbərlər

Dünya üzrə 673 milyon insan aclıqla üz-üzədir

15 Oktyabr 2025 12:42
2025 Nobel Sülh mükafatı Venesuelalı müxalifət lideri Maria Korina Maçadoya verildi
Digər Dövlətlər

2025 Nobel Sülh mükafatı Venesuelalı müxalifət lideri Maria Korina Maçadoya verildi

10 Oktyabr 2025 13:40

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.