9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Ötən il dünya milyarderlərinin sərvəti 2 trilyon dollar artıb

AzerVoice xəbər verir ki, bu barədə Oxfam inkişaf xeyriyyə təşkilatının Dünya İqtisadi Forumu ərəfəsində yayımladığı hesabatda əks olunub.

26 Yanvar 2025 17:00
Ötən il dünya milyarderlərinin sərvəti 2 trilyon dollar artıb

Bakı, AzerVoice

2024-cü ildə dünya milyarderlərinin sərvəti rekord sürətlə artaraq 2 trilyon dollar yüksəlib.

AzerVoice xəbər verir ki, bu barədə Oxfam inkişaf xeyriyyə təşkilatının Dünya İqtisadi Forumu ərəfəsində yayımladığı hesabatda əks olunub.

Hesabata əsasən, dünya milyarderlərinin ümumi sərvəti 2024-cü ildə 13 trilyon dollardan 15 trilyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə üç dəfə daha sürətli artım deməkdir.

Milyarderlərin sayı isə ötən illə müqayisədə 204 nəfər artaraq 2769 nəfərə yüksəlib. Orta hesabla, hər milyarderin sərvəti gündə 2 milyon dollar artır. Ən zəngin 10 milyarder isə hər gün əlavə 100 milyon dollar qazanıb.

Hesabatda diqqət çəkilən maraqlı məqamlardan biri, milyarderlərin sərvətinin böyük hissəsinin miras, inhisarçılıq və ya himayəçilik münasibətləri ilə əlaqəli olmasıdır. Belə ki, dünya milyarderlərinin sərvətinin 36 faizi mirasdan, 60 faizi isə qazanılmamış mənbələrdən gəlir. Avropa İttifaqında bu fərq daha da nəzərə çarpır - burada milyarderlərin sərvətinin 75 faizi qazanılmamış mənbələrdən, 69 faizi isə birbaşa mirasdan qaynaqlanır.

Oxfam Avropa İttifaqının vergi eksperti Chiara Butatoro bildirib ki, milyarderlərin sərvətindəki artım adi vətəndaşlarla zənginlər arasındakı uçurumu daha da dərinləşdirir. O, Aİ liderlərini miras daxil olmaqla, varlıların sərvətinə daha yüksək vergilər tətbiq etməyə çağırıb.

Bu dövrdə isə yoxsulluq səviyyəsinin 1990-cı illərdən bəri dəyişməz qaldığı və aclıq çəkən insanların sayının artdığı vurğulanıb. Oxfam proqnozlaşdırır ki, qarşıdakı on ildə dünyanın sərvəti trilyon dollara çatan ən azı beş milyarderi olacaq.

Məqalədə: #Dünya İqtisadi Forumu

Mövzu üzrə digər xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.