10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Antarktidada ozon dəliyi bərpa olunur

10 Mart 2025 15:30
Antarktidada ozon dəliyi  bərpa olunur

BAKI, AzerVoice

Alimlər Antarktida üzərindəki ozon dəliyinin insan səyləri nəticəsində sağaldığını və 10 il ərzində tamamilə yox ola biləcəyini bildiriblər.

AzerVoice xəbər verir ki, stratosfer qatında olan ozon təbəqəsi Yeri Günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından qoruyur.

Lakin 1985-ci ildə Antarktida üzərində müşahidə edilən ozon dəliyi, xüsusilə sentyabr-dekabr aylarında güclü seyrəlmə ilə daha çox UV şüalarının yer səthinə çatmasına səbəb olmuşdu. Bunun nəticəsində dəri xərçəngi və digər sağlamlıq problemləri artmışdı.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının alimi Susan Solomon və onun komandası, ozon dəliyinin əsas səbəbinin kondisioner, soyuducu və aerozol spreylərində istifadə olunan xloroflorokarbonlar (CFC) olduğunu müəyyən ediblər. 197 ölkənin qəbul etdiyi Monreal protokolu çərçivəsində bu qazların istifadəsinin tədricən dayandırılması qərara alınıb.

Massaçusets Texnologiya İnstitutundan (MIT) alim Peydonq Vanq və onun komandası “Nature” jurnalında yayımladıqları araşdırmada ozon təbəqəsindəki yaxşılaşmanın birbaşa insan müdaxiləsi ilə bağlı olduğunu təsdiqləyiblər. Atmosfer simulyasiyalarını real peyk müşahidələri ilə müqayisə edən alimlər, qlobal tədbirlərin ozon təbəqəsinin bərpasına birbaşa təsir etdiyini sübut ediblər.

"95 faiz əminliklə deyə bilərik ki, ozon dəliyi sağalır. Bu, böyük ekoloji uğurdur və sübut edir ki, insanlıq qlobal ekoloji problemləri həll edə bilər" - deyə Susan Solomon bildirib.
Alimlərin hesablamalarına görə, ozon dəliyi 2035-ci ilə qədər tamamilə yox ola bilər.

Qeyd edək ki, Monreal protokolu qlobal iqlim siyasətində ən uğurlu ekoloji sazişlərdən biri hesab olunur və onun nəticələri ilk dəfə olaraq ozon təbəqəsinin bərpasına səbəb olub.

Məqalədə: #Antarktida #qlobal ekoloji problemlər #ozon təbəqəsi

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.