11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Alimlər bakteriyalara qarşı yeni antibiotik sinfi kəşf etdilər

5 Aprel 2025 10:30
Alimlər bakteriyalara qarşı yeni antibiotik sinfi kəşf etdilər

BAKI,AzerVoice

Aparılan yeni araşdırmaya görə, "Lariocidin" adlı maddə, dərmanlara davamlı olanlar da daxil olmaqla, E. coli bakteriyasının müxtəlif növlərinə qarşı təsirli ola bilər.

AzerVoice xəbər verir ki, bu, dərmanlara davamlı bakteriyaları müalicə edə bilən yeni bir antibiotik sinfidir və son 30 ildə bazara çıxan ilk antibiotik hesab edilir.

Yeni kəşf edilən Lariocidin, bakteriya hüceyrəsində ribosom adlı hissəni hədəfə alaraq fəaliyyət göstərir və hüceyrənin funksiyalarını pozaraq onu məhv edir.

Kanadadakı McMaster Universitetinin professoru və araşdırmanın müəlliflərindən biri olan Ceri Rayt, bu kəşfin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

"Bu, tamamilə yeni təsir mexanizminə malik bir molekuldur və bizim üçün böyük bir irəliləyişdir" - deyə o bildirib.

Nature jurnalında dərc olunan araşdırmaya görə, alimlər bir il ərzində torpaqdan toplanan bakteriyaları yetişdirərək bu yeni maddəni aşkar ediblər.

Tədqiqatçılar, bu maddənin E. coli kimi ciddi xəstəliklərə səbəb ola bilən bakteriyalara qarşı effektiv olduğunu təsdiqləyiblər. Üstəlik, Lariocidin insan hüceyrələri üçün toksik deyil.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antimikrob davamlılığının (AMR) qlobal səhiyyə üçün ən ciddi təhlükələrdən biri olduğunu açıqlayıb.

ÜST-ün məlumatına görə, dünyada hər il təxminən 4,95 milyon ölüm antimikrob davamlılığı ilə əlaqəlidir. Avropa və Orta Asiyada isə hər il 133.000 insan bu səbəbdən həyatını itirir.

Məqalədə: #Avropa #Kanada #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Orta Asiya #Lariocidin #McMaster Universiteti #Ceri Rayt

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53

Son Xəbərlər

Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.