12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Makronun reytinqi rekord dərəcədə aşağı düşüb

14 İyun 2024 14:34
Makronun reytinqi rekord dərəcədə aşağı düşüb

Bakı. VOA:

Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.

VOA  "Elabe" sosioloji xidmətinin tədqiqat məlumatlarına istinadən xəbər verir ki, bugünədək sorğuda iştirak edən fransalıların cəmi 24 faizi öz liderlərinə "ölkənin qarşısında duran problemlərin səmərəli həllində" etibar edir.

Makron, həmçinin, öz elektoratının etimadını itirməyə başlayıb - sorğuda iştirak edənlər arasında prezidentin reytinqi 3 faiz azalıb.

Qeyd etmək lazımdır ki, Makronun 2022-ci ildə ikinci prezidentlik müddətinin əvvəlindən reytinqi ən aşağı səviyyəyə düşüb. Bu, həm də onun 2017-ci ildə seçilməyindən sonra (2018-ci ilin dekabrında 23 faiz) ikinci ən aşağı göstərici olub.

Eyni zamanda, qeyd olunur ki, Qabriel Attalın baş nazir postunda fəaliyyətini sorğuda iştirak edənlərin 29 faizi təqdir edir ki, bu da ötən ayla müqayisədə 4 faiz azdır.

Xatırladaq ki, iyunun 9-da Fransa prezidenti ölkə parlamentinin buraxılması və vaxtından əvvəl seçkilərin keçirilməsi barədə qərar qəbul edib

"Növbədənkənar parlament seçkilərinə çağırıram. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də baş keçiriləcək", - Makron Fransa xalqına müraciətində deyib.

Bununla da Makron partiyasının Avropa Parlamentinə seçkilərdəki ciddi məğlubiyyətini qəbul edib. Qeyd edək ki, Makronun partiyası Avropa Parlamentinə seçkilərdə səslərin 15,4 faizini toplayıb. Bu isə səslərin 32 faizini toplamış müxalif sağçı "Milli birlik" partiyasının səslərindən iki dəfə azdır.

Daha sonra xarici KİV parlament seçkilərində sağçılar qələbə qazanacağı təqdirdə Fransa prezidenti Emmanuel Makronun istefaya gedəcəyi barədə məlumat yayıb. Lakin Fransa prezidentinin administrasiyası bu məlumatları təkzib edib.

Məqalədə: #Fransa #Emmanuel Makron #prezidentlik

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.