15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər

8 Avqust 2024 10:29
Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər

Bakı, AzerVoice

Avropa İttifaqı (Aİ) ölkələri Çinin elektrik avtomobillərinə gömrük rüsumu tətbiqinə dəstək verməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu haqda Avropa Komissiyasının ticarətdən məsul üzvü Valdis Dombrovskis mətbuata verdiyi açıqlamada deyib.

“Aydındır ki, üzv dövlətlər Aİ-nin avtomobil sənayesini qorumaq zərurətindən xəbərdardır, çünki zərər riski var”, - Dombrovskis bildirib.

Gömrük Tarifləri oktyabrın sonunda keçirilən səsvermədən sonra noyabrda qüvvəyə minə bilər.

Dombrovskis, "Çinin elektrik akkumulyatorlu avtomobil bazarının payı çox sürətlə böyüyür, çünki dövlət subsidiya verir. Ona görə də, bu, mütləq şəkildə müzakirə edilməli olan bir məsələdir.", - deyə qeyd edib.

Qeyd edək ki, iyulun əvvəlində Aİ Çində istehsal olunan elektriklə işləyən avtomobillərə 17,4 faizdən 37,6 faizədək müvəqqəti gömrük rüsumları tətbiq etmək qərarına gəlib.

Bu qərar hazırda Çindən gətirilən avtomobillərə tətbiq edilən 10 faizlik vergiyə əlavə olaraq qəbul edildi.

Bu addım Pekində qəzəb doğursa da, vergi tərəfdarları bunun Aİ istehsalçılarını haqsız rəqabətdən qorumaq üçün lazım olduğunu iddia edirlər.

Avropa Komissiyasının ötən il başlatdığı araşdırma nəticəsində məlum olub ki, Çinin subsidiyaları şirkətlərə qiymətlərini süni şəkildə aşağı saxlamağa imkan verir.

Çin bu iddiaları rədd edir və sənayesinin təbii şəkildə inkişaf etdiyini müdafiə edir.

DataForce-un məlumatına görə, iyun ayında Çin markaları Avropanın elektrikli avtomobil bazarının 11 faizinə sahib olub.

Çinin tariflərə necə reaksiya verəcəyi hələlik bəlli deyil. Bununla belə, Pekin donuz əti və spirtli içkilər kimi Aİ mallarına öz tariflərini tətbiq etməklə hədələyib.

Bəzi Çin avtomobil istehsalçıları da gömrük rüsumlarından yan keçmək üçün Aİ-də fabriklər açmağa başlayıblar.

Dombrovskis xəbərdarlıq etdi ki, idxal rüsumlarından qaçmaq üçün istehsalın minimum bir hissəsi Aİ-də həyata keçirilməlidir.

Avropa Komissiyasının mövqeyi hələ də ABŞ-ın (ABŞ) ortaya qoyduğu yanaşmadan daha mülayimdir.

Belə ki, may ayında ABŞ prezidenti Co Bayden Çindən gətirilən elektriklə işləyən avtomobillərə 100 faiz gömrük rüsumu tətbiq etmişdi.

Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər Aİ Çinin elektrikli avtomobillərinə gömrük vergisi tətbiq edə bilər
Məqalədə: #Çin #Avropa Birliyi #elektrik avtomobili

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.