13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Uşaqlar arasında şəkərli içki istehlakı artıb

9 Avqust 2024 11:58
Uşaqlar arasında şəkərli içki istehlakı artıb

Bakı, AzerVoice

Son illərdə şəkərli içkilərin istehlakında müşahidə edilən kütləvi artıma paralel olaraq uşaq piylənmə hallarında da nəzərəçarpacaq yüksəlmə görülür.

AzerVoice xəbər verir ki, son 30 ili və 185 ölkəni əhatə edən yeni tədqiqata görə dünya üzrə şəkərli içkidən istifadə kəskin şəkildə artmışdır.

Şəkərli içkilərin fəsadlarından olan uşaq piylənməsində də kütləvi şəkildə artım qeydə alınıb. Statistik məlumatlara əsaslanan mütəxəssislər yüksək artım dərəcəsinin Latın Amerikası, Mərkəzi Asiya və Şimali Afrikada olduğunu bildirirlər.

"The BMJ"-də dərc olunan məqalədə ABŞ, Yunanistan, Kanada və Meksikada aparılmış tədqiqatdan bəhs edilib. Araşdırmaya görə uşaqlar arasında şəkərli içki istehlakı 1990-cı ildən 2018-ci ilə qədərki müddət ərzində 22,9 faiz artım göstərərək həftədə orta hesabla 3,6 porsiyaya yüksəlib.

Böyüklərlə müqayisə etdiyimizdə də uşaqların şəkərli içki istehlakında yüksək artımın olduğu görülür.

Şəkərli içki istifadəsi ilə birlikdə artan piylənmənin hal-hazırda 160 milyona yaxın uşaq və gəncə təsir etdiyi bilinir.

Tədqiqatın baş müəllifi və ABŞ-ın Tafts Universitetinin Qida Tibb İnstitutunun direktoru Dariush Mozaffarian, "Əldə etdiyimiz məlumatlar dünyanın demək olar ki, hər bir ölkəsində həyəcan təbili çalınacaq səviyyədədir" deyə qeyd edib.

Bundan öncəki tədqiqatlar nəticəsində bu növ içkilərin ürək xəstəliklərinə, diabetə və bəzi xərçəng xəstəliklərinə səbəb ola biləcəyi ortaya çıxmışdı. Avropa Pediatriya Akademiyasının prezidenti Berthold Koletzko verdiyi açıqlamada şəkərli içkilərin sadəcə uşaqlıq dönəmində deyil uşaqların gələcək həyatı üçün də problem yarada biləcəyini bildirir.

Tədqiqatçılar şəkərli içkilərin artması səbəblərindən bəhs edərkən şirkətlərin gəncləri hədəf alan reklam siyasətləri, ölkələrin iqtisadi durumu, şəkərli içkilərin istehlakının azaldılmasına dair layihələrin azlığı kimi amilləri qeyd ediblər.

Uşaqlar arasında şəkərli içki istehlakı artıb
Məqalədə: #ABŞ #Mərkəzi Asiya #Latın Amerikası

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.