10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qaçırılan Liviya Mərkəzi Bankının rəsmisi sərbəst buraxılıb

19 Avqust 2024 14:39
Qaçırılan Liviya Mərkəzi Bankının rəsmisi sərbəst buraxılıb

Bakı, AzerVoice

Liviya Mərkəzi Bankının bazar günü səhər saatlarında oğurlanan İnformasiya Texnologiyaları Departamentinin direktoru Musab Emsalem sərbəst buraxılıb.

AzerVoice xəbər verir ki, müxtəlif mənbələr Emsalemin bazar günü axşam işini bərpa etdiyini bildirib.

Xatırladaq ki, bank rəsmiləri Emsalemin oğurlanmasından sonra bankın bütün əməliyyatlarının dayandırıldığını açıqlamışdı.

Həmçinin açıqlamada Emsalemin sərbəst buraxılıb işə qayıdana və bu cür hadisələrə son qoyulana qədər Bankın fəaliyyət göstərməyəcəyi bildirilmişdi.

ABŞ hadisədən sonra Liviya Mərkəzi Bankına dəstək mesajı vermişdi.

Liviya Mərkəzi Bankı bir müddətdir təhdidlərlə və mübahisələrlə gündəmdədir.

Qeyd edək ki, Mərkəzi Bank Tripoli və Benqazidə iki rəqib hökumət arasında illərdir bölünmüş bir ölkə üçün həyati bir iqtisadi gəlir olan Liviya neft gəlirlərinin beynəlxalq səviyyədə tanınan yeganə depozitaridir,

ABŞ-ın Liviyadakı səfiri Riçard Norland keçən həftə bildirib ki, bankın yüksək idarəetməsinin zorla dəyişdirilməsi cəhdləri Şimali Afrika ölkəsinin beynəlxalq maliyyə bazarlarına çıxışını itirməsinə səbəb ola bilər.

ABŞ səfirliyindən verilən açıqlamaya görə, Norland bankın müdiri Sadık Kebir ilə Tripolidə bankın baş ofisi ətrafında toplaşan silahlı qruplarla bağlı narahatlıqları müzakirə etmək üçün görüşüb.

"Liviyanın sərvətinin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları vahid, konsensusa əsaslanan bir büdcəyə doğru şəffaf, əhatəli danışıqlar yolu ilə həll edilməlidir" ,- deyə Norland bildirib.

Liviyada 2011-ci ildə NATO-nun dəstəklədiyi qiyam ilə diktator Müəmmər Qəddafinin devrilməsindən bəri ölkə heç sülh üzü görmədi və 2014-cü ildə savaşan şərq və qərb fraksiyaları arasında bölündü.

Avqustun 9-da Tripolinin şərq ətraflarından biri olan Tajurada iki silahlı qrup arasında baş verən toqquşmalarda azı 9 nəfər öldü, 16 nəfər isə yaralandı.

Liviyanın Tripolidə yerləşən Milli Birlik Hökumətinə 2021-ci ildə BMT-nin dəstəklədiyi proseslə qurulan müvəqqəti baş nazir Əbdülhəmid Dibeybe rəhbərlik edir.

Milli parlamentin yerləşdiyi Şərqi Liviya savaş ağası Xəlifə Haftarın ciddi nəzarəti altındadır.

2020-ci ildə atəşkəs və qurumların yenidən təşkil edilməsi səylərinə baxmayaraq, ölkənin birləşdirilməsi ilə bağlı siyasi böhran hələ də davam edir.

Qaçırılan Liviya Mərkəzi Bankının rəsmisi sərbəst buraxılıb
Məqalədə: #Liviya Mərkəzi Bankı #Musab Emsalem

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.