5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İsrail Əl-Cəzirə müxbirlərinin mətbuat kartlarını ləğv etdiyini açıqlayıb

14 Sentyabr 2024 10:00
İsrail Əl-Cəzirə müxbirlərinin mətbuat kartlarını ləğv etdiyini açıqlayıb

Bakı, AzerVoice

İsrail Qətərdə yerləşən televiziya kanalını bağladıqdan dörd ay sonra cümə axşamı verdiyi açıqlamada ölkədə çalışan Əl-Cəzirə jurnalistlərinin mətbuat kartlarını da ləğv etdiyini bildirib.

AzerVoice xəbər verir ki, bu haqda İsrail hökumətinin mətbuat xidməti tərəfindən açıqlama verilib. Açıqlamada “Hökumətin Mətbuat İdarəsi (GPO) İsraildə çalışan Əl-Cəzirə jurnalistlərinin (mətbuat) kartlarını ləğv edib”, - deyə qeyd edilib.

Bəyanatda mətbuat xidmətinin direktoru Nitzan Çendən sitat gətirilərək, “Bu, israillilərə və yəhudilərə qarşı təhrikedici fəaliyyətlər həyata keçirən və (İsrail) əsgərləri üçün təhlükə yarada biləcək yalan məzmunlar ortaya atan bir media orqanıdır",- deyə bildirilib.

Məsələ ilə tanış olan bir İsrail rəsmisi AFP-yə bildirib ki, qərar hazırda İsrail vətəndaşı olan Əl-Cəzirənin tam ştat 4 müxbirinə şamil ediləcək.

İsrail Əl-Cəzirə televiziyasının yayımının dayandırılması üçün qanun layihəsini təsdiqləyib
https://azervoice.com/israil-el-c%c9%99zir%c9%99-televiziyasinin-yayiminin-qarsisini-alan-qanun-layih%c9%99sini-t%c9%99sdiql%c9%99yib/

İsraildəki Əl-Cəzirə işçilərinin qalan hissəsi, xüsusən də hökumətin aktiv şəkildə məzmun yaratmadığını söylədiyi video hazırlayanlar və fotoqraflar üçün mətbuat icazələri ləğv edilməyəcək.

Qeyd edək ki, GPO mətbuat kartı İsraildə jurnalist kimi fəaliyyət göstərmək üçün məcburi deyil, lakin bu kart olmadan parlamentə və ya nazirliklərə daxil olmaq və ya hərbi obyektlərə giriş əldə etmək demək olar ki, mümkün deyil.

Əl-Cəzirə telekanalının Fələstin bürosunun rəhbəri Valid Öməri bildirib ki, telekanal İsrailin son qərarından xəbərsizdir.

“(Rəsmi bildiriş) bizə nə zaman çatacaq, görəcəyik” ,- deyə Öməri bildirib.

Xatırladaq ki, İsrail ordusu dəfələrlə Əl-Cəzirə əməkdaşlarını Qəzzada HƏMAS və ya onun müttəfiqi İslami Cihadla əlaqəli "terrorçular" olmaqda ittiham edib.

Əl-Cəzirə İsrail hökumətinin ittihamlarını rədd edərək İsrailin Qəzza zolağında kanalın işçilərini sistematik şəkildə hədəf aldığını deyib.

Oktyabrın 7-dən etibarən Qəzzada bir çox Əl-Cəzirə əməkdaşının və onların ailə üzvlərinin İsrail döyüş təyyarələri tərəfindən hədəf alınndığı bilinməkdədir.

İsrail Əl-Cəzirə telekanalının iki əməkdaşını öldürüb
https://azervoice.com/israil-el-c%c9%99zir%c9%99-telekanalinin-iki-%c9%99m%c9%99kdasini-oldurub/

Öməri jurnalistlərin WhatsApp qrupuna göndərdiyi mesajda, hamısının İsrail vətəndaşı olduğu Əl-Cəzirə kanalının on dörd əməkdaşının İsrail hökuməti tərəfindən verilmiş mətbuat kartlarına sahib olduğunu bildirib.

Onu da əlavə edək ki, aprelin əvvəlində İsrail parlamenti “dövlət təhlükəsizliyinə zərər verdiyi” hesab edilən xarici media yayımlarının qadağan edilməsinə icazə verən qanun qəbul etmişdi.

Bu qanuna əsasən, İsrail hökuməti mayın 5-də Əl-Cəzirə telekanalının İsraildən yayımını qadağan edən və ofislərinin 45 gün müddətinə bağlanmasını təklif edən qərarı təsdiqlədi və bu qərar çərşəmbə günü Təl-Əvivdəki bir məhkəmə tərəfindən dördüncü dəfə uzadıldı.

Əl-Cəzirədə Naxçıvan haqqında geniş məqalə dərc olunub
https://azervoice.com/el-c%c9%99zir%c9%99d%c9%99-naxcivan-haqqinda-genis-m%c9%99qal%c9%99-d%c9%99rc-olunub/

Baş nazir Benyamin Netanyahu hökuməti ilə Əl-Cəzirə arasında uzun müddətdir davam edən mübahisə Qəzza müharibəsi başlayandan bəri daha da pisləşdi.

Rabitə naziri Şlomo Karhi may ayında "İsraildə HƏMAS-ın tərəfdarları üçün ifadə azadlığı olmayacaq" deyərək, "Əl-Cəzirə dərhal bağlanacaq və avadanlıqları müsadirə ediləcək",-deyə bildirmişdi.

Lakin kanalın bağlanması ilə bağlı qərar Əl-Cəzirə-nin İsrailin işğal etdiyi İordan çayının qərb sahilindən və ya Qəzza zolağından həyata keçirdiyi yayımlarına təsir etmədi.

İsrail Əl-Cəzirə müxbirlərinin mətbuat kartlarını ləğv etdiyini açıqlayıb
Məqalədə: #İsrail #Fələstin #Əl-Cəzirə

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.