8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Ford, əyləc nasazlığı səbəbilə 274 min SUV avtomobilini geri çağırır

17 May 2025 10:10
Ford, əyləc nasazlığı səbəbilə 274 min SUV avtomobilini geri çağırır

BAKI, AzerVoice

ABŞ-ın nəhəng avtomobil istehsalçısı Ford Motor Company, əyləc sistemində təhlükə yarada biləcək nasazlıq səbəbilə ümumilikdə 273.789 ədəd Expedition və Lincoln Navigator markalı SUV modelini geri çağırdığını açıqlayıb.

AzerVoice xəbər verir ki, şirkət bu qərarı, 2022–2024-cü illər arasında istehsal olunmuş avtomobillərlə bağlı 45 zəmanət hesabatı aldıqdan sonra verib.

ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) tərəfindən yayımlanan sənədlərə əsasən, ön əyləc borularında istehsal və ya montaj zamanı baş verən səhv nəticəsində bu borular mühərrikin hava filtri çıxış borusuna toxuna bilər. Bu isə əyləc mayesinin sızmasına və nəticə etibarilə əyləc funksiyasının itirilməsinə səbəb ola bilər.

Geri çağırılan modellər:

  • 223.315 ədəd Ford Expedition
  • 50.474 ədəd Lincoln Navigator

Hazırda problemi olan modellərin cəmi 1%-də bu nasazlığın müşahidə olunacağı ehtimal edilir.

Ford şirkətinin açıqlamasına görə, indiyədək bu nasazlıqla bağlı hər hansı qəza və ya xəsarət hadisəsi baş verməyib. Lakin şirkət təhlükəsizlik məqsədilə problemin dərhal aradan qaldırılması üçün tədbirlər görür.

Ford və Lincoln markalarının dilerləri, sözügedən modellərin ön əyləc sistemini yoxlayacaq, lazım gəldikdə əyləc borusu və ya hava filtri çıxış borusunu pulsuz şəkildə dəyişdirəcəklər.

Məqalədə: #Ford #Ford əyləc problemi #Ford əyləc mayesi sızması #Ford Expedition əyləc problemi #Lincoln Navigator geri çağırma

Mövzu üzrə digər xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14

Son Xəbərlər

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
21:07
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.