7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Alimlər ABŞ-da ilk Henipavirusu aşkarlayıb

3 İyun 2025 17:32
Alimlər ABŞ-da ilk Henipavirusu aşkarlayıb

BAKI, AzerVoice

Şimali Amerikada ilk dəfə Henipavirus aşkar edilib – Pandemiya riski varmı?

AzerVoice xəbər verir ki, alimlər ABŞ-ın Alabama ştatında Camp Hill adlı yeni Henipavirus növünü aşkar ediblər. Bu, Şimali Amerikada indiyədək müəyyən edilmiş ilk Henipavirus hesab olunur.

Camp Hill virusu Kanada və ABŞ-da geniş yayılan şimal qısaquyruqlu siçanlarda aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, bu virusun insanlara keçmə potensialı hələ tam öyrənilməyib və təhlükə dərəcəsini müəyyən etmək üçün əlavə araşdırmalar aparılmalıdır.

Henipavirus ailəsinə aid digər viruslardan Hendra və Nipah virusları həm insanlarda, həm də heyvanlarda yüksək ölüm faizi ilə ağır xəstəliklərə səbəb olur. Nipah virusu ilə bağlı Cənub-Şərqi Asiyada baş verən epidemiyalarda ölüm göstəriciləri 40-75 faiz arasında dəyişib.

Araşdırma müəlliflərindən biri doktor Rhys Parry bu kəşfin Henipavirusların düşündüyümüzdən daha geniş coğrafiyada yayıla biləcəyini göstərdiyini bildirib. Onun sözlərinə görə, siçanlarda tapılan virusların insanlara ötürülməsi daha əvvəl Çində Langya virusu ilə də müşahidə olunub.

Tədqiqatda iştirak edən doktor Ariel İsaaks isə növbəti mərhələdə virusun hüceyrəyə daxil olmasını təmin edən əsas səth zülallarının xarakterizə olunacağını deyib. Bu, virusun strukturu və yoluxma mexanizmlərinin daha dərindən anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Henipavirus ailəsinə daxil olan viruslara qarşı hələ ki, təsdiqlənmiş spesifik peyvənd və ya müalicə üsulu mövcud deyil. Bu səbəbdən belə virusların aşkarlanması pandemiyaya çevrilə biləcək risklərin erkən mərhələdə izlənməsi baxımından mühüm hesab olunur.

Məqalədə: #epidemiya #Amerika #Henipavirus #Camp Hill virusu #Alabama ştatında yeni virus #pandemiya riski #virus araşdırması

Mövzu üzrə digər xəbərlər

Konqodakı düşərgədə azı 30 ölüm qeydə alınıb, Ebola virusunun sürətlə yayıldığı ehtimal edilir
Digər Dövlətlər

Konqodakı düşərgədə azı 30 ölüm qeydə alınıb, Ebola virusunun sürətlə yayıldığı ehtimal edilir

20 İyun 21:56
ABŞ Ebolaya tutulmuş şəxsləri Keniyaya göndərəcək
Digər Dövlətlər

ABŞ Ebolaya tutulmuş şəxsləri Keniyaya göndərəcək

5 İyun 11:42
Amerikanın liderliyi qlobal təhlükəsizlik üçün əvəzedilməzdir - Rutte
Digər Xəbərlər

Amerikanın liderliyi qlobal təhlükəsizlik üçün əvəzedilməzdir - Rutte

9 Aprel 19:57
İranda vurulan "F-15E" pilotları xilas edilib - ABŞ Mərkəzi Komandanlığı
İran

İranda vurulan "F-15E" pilotları xilas edilib - ABŞ Mərkəzi Komandanlığı

5 Aprel 21:58

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.