4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Tibbi inqilab- ABŞ cərrahı Afrikada xəstəni uzaqdan əməliyyat edib

Floridalı həkim Afrikada xəstəni uzaqdan əməliyyat edib.

28 İyun 2025 16:23
Tibbi inqilab- ABŞ cərrahı Afrikada xəstəni uzaqdan əməliyyat edib

BAKI, AzerVoice

Floridalı həkim Afrikada xəstəni uzaqdan əməliyyat edib.

AzerVoice xəbər verir ki, ABŞ-ın Florida ştatında yerləşən Advent Health-in Qlobal Robototexnika İnstitutunun tibbi direktoru, urologiya üzrə ixtisaslaşmış cərrah Vipul Patel, Afrikanın Anqola ölkəsindəki bir xəstəni minlərlə kilometr uzaqdan robot texnologiyası ilə uğurla əməliyyat edib.

Mart ayında 67 yaşlı Fernando da Silvaya prostat xərçəngi diaqnozu qoyulub və bir neçə ay sonra Dr. Patel telecərrahiyyə texnologiyası ilə onun prostat vəzisini qitələrarası məsafədən çıxarıb. Bu əməliyyat, ABŞ Qida və Dərman İdarəsinin (FDA) təsdiqlədiyi ilk qlobal robot telecərrahiyyə klinik sınağı kimi tarixə düşüb.

Əməliyyat zamanı cərrah ABŞ-da, xəstə isə Anqolada olub. Fiber-optik texnologiya ilə idarə olunan robot vasitəsilə Dr. Patel demək olar ki, heç bir gecikmə hiss etmədən cərrahi müdaxiləni həyata keçirib. Əməliyyat otağında isə fövqəladə hallara hazır olan yerli tibb komandası da iştirak edib.

Patel əməliyyatı “cərrah üçün kiçik bir addım, səhiyyə üçün isə böyük bir uğur” adlandırıb. Onun sözlərinə görə, bu texnologiya yalnız inkişaf etməkdə olan ölkələrdə deyil, həm də ABŞ-ın kənd ərazilərində lazımi tibbi xidmətə çıxışı olmayan bölgələr üçün də ümid vəd edir.

Qeyd edək ki, bu əməliyyatın hazırlanması iki il çəkib və gələcəkdə daha çox telecərrahiyyənin həyata keçirilməsi üçün nəticələr FDA-ya təqdim ediləcək. Ekspertlər bu texnologiyanın gələcəkdə təcili yardım maşınlarında, ucqar bölgələrdə və tibbi resursların məhdud olduğu yerlərdə geniş tətbiq olunacağını bildirirlər.

Məqalədə: #ABŞ #Florida #Afrika #tibbi inqilab #Tibbi Xidmətlər #Robot texnologiyası #tibbi prosedurlar #telecərrahiyyə #FDA (ABŞ Qida və Dərman İdarəsi) #fiber-optik texnologiya #səhiyyədə innovasiya

Mövzu üzrə digər xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Livan

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.