15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

"Nvidia" şirkəti ABŞ sanksiyaları səbəbilə Çin üçün xüsusi videokart hazırlayır

"Nvidia" şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbilə Çin üçün xüsusi olaraq "GeForce RTX 5090D v2" adlı videokart hazırlayır.

6 İyul 2025 13:15
"Nvidia" şirkəti ABŞ sanksiyaları səbəbilə Çin üçün xüsusi videokart hazırlayır

BAKI, AzerVoice

"Nvidia" şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbilə Çin üçün xüsusi olaraq "GeForce RTX 5090D v2" adlı videokart hazırlayır.

AzerVoice xəbər verir ki, bu barədə "Videocardz" portalı məlumat yayıb.

Məlumata əsasən, bu model əvvəlki "RTX 5090D" modelini əvəzləmək üçün hazırlanıb, çünki həmin model ABŞ-ın məhdudiyyətlərinə görə satışdan çıxarılıb. Yeni videokartın adı dəyişdirilsə də, bu versiya təkmilləşdirilmiş yox, əksinə daha sadələşdirilmiş olacaq.

Əsas dəyişikliklər videoyaddaş sistemindədir. Yaddaşın həcmi 32 GB-dan 24 GB-a endiriləcək, yaddaş şinası isə 512 bit yerinə 384 bit olacaq. Amma qrafik prosessor eyni qalacaq, buna görə də bir çox tapşırıqlarda əvvəlki səviyyədə performans gözlənilir.

İlkin məlumata görə, bu yeni modelin qiyməti əvvəlki ilə demək olar ki, eyni olacaq. Yəni texniki göstəricilər bir qədər azaldılsa da, qiymətə ciddi təsiri olmayacaq.

"GeForce RTX 5090D" yalnız Çin bazarı üçün yaradılıb və "Nvidia"nın ABŞ sanksiyalarına cavabı kimi ortaya çıxıb. Bu sanksiyalar Çinə yüksək gücə malik çiplərin və süni intellekt üçün nəzərdə tutulan texnologiyaların ixracını məhdudlaşdırır.

Məqalədə: #ABŞ #Çin #sanksiya #Nvidia

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
20:32
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
20:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.