10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Kanadada “ildırım topu” müşahidə edildi

Kanadanın Alberta əyalətində əsrlərdir elmi mübahisələrin mövzusu olan nadir bir atmosfer hadisəsi – “ildırım topu” müşahidə olunub. Hadisə şahidləri tərəfindən qeydə alınan görüntülər alimlər üçün mühüm araşdırma materialına çevrilib.

20 İyul 2025 12:00
Kanadada “ildırım topu” müşahidə edildi

BAKI, AzerVoice

Kanadanın Alberta əyalətində əsrlərdir elmi mübahisələrin mövzusu olan nadir bir atmosfer hadisəsi – “ildırım topu” müşahidə olunub. Hadisə şahidləri tərəfindən qeydə alınan görüntülər alimlər üçün mühüm araşdırma materialına çevrilib.

AzerVoice xəbər verir ki, Ed və Melinda Pardy adlı yerli sakinlər evlərinin yaxınlığında ildırım fırtınasını izləyərkən, yer səviyyəsindən bir neçə metr yüksəklikdə asılı vəziyyətdə parlaq mavi rəngli işıq topunun peyda olduğunu görüblər.

Onların sözlərinə görə, obyekt təxminən bir dəqiqə havada qalıb və sonra sönərək yoxa çıxıb.

Müşahidə edilən bu hadisə elm aləmində “kürə ildırımı” və ya “ildırım topu” kimi tanınır. Son illərdə alimlər laboratoriya şəraitində plazma kürələri yaratmağa çalışsalar da, real müşahidələrin azlığı səbəbindən təbiətdə baş verən proseslərin detalları hələ də naməlum qalır.

2014-cü ildə Çinli tədqiqatçılar ilk dəfə olaraq bu hadisənin görüntülərini təsadüfən qeydə alaraq, fenomenin torpağın ildırım nəticəsində buxarlanıb parıldaması ilə əlaqəli ola biləcəyini irəli sürmüşdülər. Lakin bəzi mütəxəssislər bu yanaşma ilə razılaşmayaraq, hadisəni yüksək təzyiqli hava kapsulunda sıxışan işığın nəticəsi kimi izah edirlər.

Alberta bölgəsində qeydə alınan son görüntülərlə bağlı hələlik heç bir elmi təsdiq verilməsə də, Pardy ailəsi açıqlamasında bir sıra tədqiqatçıların artıq onlarla əlaqə saxladığını bildirib. Onlar obyektin təxminən bir-iki metr diametrində olduğunu və tamamilə parlaq işıqdan ibarət göründüyünü qeyd ediblər.

Hazırda görüntülər müvafiq elmi qurumlar tərəfindən analiz edilir və gələcək araşdırmalar üçün əhəmiyyətli mənbə hesab olunur.

Məqalədə: #Kanada #Elmi araşdırma #elmi tədqiqat #maraqlı #Alberta #ildırım topu #kürə ildırımı #atmosfer hadisəsi #təbiət hadisələri

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.