6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ-da Microsoft serverlərinə kiberhücum edilib

“Microsoft” serverlərinə qarşı həyata keçirilən kiberhücum ABŞ-ın dövlət qurumları və özəl sektoruna təsir göstərib.

21 İyul 2025 13:09
ABŞ-da Microsoft serverlərinə kiberhücum edilib

BAKI, AzerVoice

“Microsoft” serverlərinə qarşı həyata keçirilən kiberhücum ABŞ-ın dövlət qurumları və özəl sektoruna təsir göstərib.

AzerVoice xəbər verir ki, “Microsoft”un geniş istifadə olunan server proqram təminatındakı boşluqdan yararlanan hakerlər ABŞ-da federal və əyalət agentliklərinə, eləcə də bir sıra özəl və beynəlxalq qurumlara qarşı genişmiqyaslı kiberhücumlar həyata keçirib.

Bu barədə “Washington Post” (WP) məlumat yayıb.

Məlumata görə, ABŞ-ın şərqindəki bir əyalət rəsmisi hakerlərin hökumətin vətəndaşlara xidmət məqsədilə saxladığı ictimai sənədlər anbarını ələ keçirdiyini bildirib. Həmin sənədlər hazırda əlçatan deyil, lakin silinib-silinmədiyi hələ dəqiqləşdirilməyib.

Tədqiqatçılar hücumların universitetlərə, enerji şirkətlərinə və Asiyada fəaliyyət göstərən telekommunikasiya qurumlarına da təsir etdiyini bildirir. Eyni zamanda İspaniyada bir dövlət qurumu, ABŞ-ın Albuquerque şəhərində yerli bir idarə və Braziliyadakı universitet də bu hücumlardan zərər görüb.

Mütəxəssislər on minlərlə “Microsoft SharePoint” serverinin təhlükə altında olduğunu və bu zəifliyə qarşı hələlik hərtərəfli yeniləmənin yayımlanmadığını qeyd edirlər. Lakin bildirilir ki, hücumlar yalnız lokal serverlərə təsir edib, “Microsoft 365” kimi bulud əsaslı xidmətlər təhlükəsiz qalıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) açıqlamasında federal hökumət və özəl sektor tərəfdaşları ilə sıx əməkdaşlıq aparıldığını bildirib.

Qeyd edək ki, Hollandiyada yerləşən kibertəhlükəsizlik şirkəti “Eye Security” bu cür pozuntuların “Microsoft Outlook” və “Microsoft Teams” kimi əsas xidmətlərlə əlaqəli ola biləcəyini və nəticədə həssas məlumatların oğurlanması və istifadəçi parollarının ələ keçirilməsi riskinin artdığını vurğulayıb.

Məqalədə: #ABŞ #Kiberdələduzluq #Microsoft #Microsoft Windows #Kiber hücumlar #Microsoft etiraz hadisəsi #kiberhücum

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.