4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Hindistan yüzlərlə müsəlmanı qanunsuz olaraq Banqladeşə deportasiya edib

İnsan Hüquqları İzləmə Təşkilatı (HRW) bildirib ki, Hindistan son həftələrdə yüzlərlə müsəlmanı “qanunsuz şəkildə” Banqladeşə deportasiya edib.

24 İyul 2025 13:26
Hindistan yüzlərlə müsəlmanı qanunsuz olaraq Banqladeşə deportasiya edib

BAKI, AzerVoice

İnsan Hüquqları İzləmə Təşkilatı (HRW) bildirib ki, Hindistan son həftələrdə yüzlərlə müsəlmanı “qanunsuz şəkildə” Banqladeşə deportasiya edib.

AzerVoice xəbər verir ki, HRW tərəfindən yayımlanan hesabatda bildirilir ki, Yeni Dehli may ayından bəri, əsasən Hindistanın Banqladeşlə sərhəddə yerləşən ştatlarında doğulmuş və böyük əksəriyyətini qadınlar və uşaqların təşkil etdiyi yüzlərlə benqal mənşəli müsəlmanı ölkədən çıxarıb.

Hesabatda vurğulanır ki, sərhəd mühafizəçiləri bəzi şəxslərin kimlik sənədlərini müsadirə edib, hətta bəzən onları silah gücünə Banqladeş ərazisinə keçməyə məcbur ediblər.

Banqladeş rəsmilərinin açıqlamasına görə, deportasiya edilən təxminən min 500 nəfərin bir hissəsinin Hindistan vətəndaşı olduğu təsdiqlənib. Həmçinin qeyd olunub ki, bu şəxslərin bəziləri Hindistana geri qayıdıb.

Qeyd edək ki, hesabatda qeyd olunur ki, bu deportasiya hallarının, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsinin Pahalgam rayonunda aprel ayında çox sayda insanın həyatını itirdiyi terror hücumundan sonra artdığı müşahidə olunur.

Həmin hücumdan sonra Hindistan hökumətinin xüsusilə müsəlman icmalarını hədəf alan “qanunsuz miqrant” axtarışlarını gücləndirdiyi iddia edilir. HRW-nin hesabatında hüquqi prosedurlar olmadan həyata keçirilən deportasiyalara son qoyulması, deportasiya olunan şəxslərə hüquqi müdafiə və apellyasiya imkanı yaradılması, məcburi deportasiya və zorakılıq iddialarının araşdırılması və məsul şəxslərin cəzalandırılması tələb edilir.

Hesabatda Hindistanın vətəndaşlıq, etnik mənsubiyyət və dini əsaslarla insanları özbaşına deportasiya etməsinin, beynəlxalq müqavilələr üzrə öhdəliklərini pozduğu vurğulanır.

HRW-nin Asiya direktoru Elaine Pearson hesabatda bildirib: “Hindistanda Bharatiya Janata Partiyası (BJP) hakimiyyəti benqal mənşəli müsəlmanları özbaşına ölkədən çıxararaq ayrı-seçkiliyi daha da dərinləşdirir. Aralarında Hindistan vətəndaşı olanlar da var və onlara heç bir hüquqi araşdırma və ya müdafiə imkanı verilmədən deportasiya olunurlar.”- deyə qeyd edib.

Banqladeş Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı verdiyi açıqlamada “məcburi geri göndərmə” praktikasını pisləyib və yalnız Banqladeş vətəndaşı olduğu təsdiqlənmiş şəxslərin qəbul ediləcəyini bildirib.

Məqalədə: #Hindistan #Banqladeş #Cammu və Kəşmir #Cammu və Kəşmir hücumu #Cammu və Kəşmir siyasəti #HRW hesabatı #müsəlmanların deportasiyası #qanunsuz deportasiya #beynəlxalq hüquq pozuntusu #Hindistan vətəndaşlığı #zorla köçürülmə #miqrant hüquqları #zorla geri göndərmə #sərhəd zorakılığı

Mövzu üzrə digər xəbərlər

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi
Digər Dövlətlər

Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

31 Avqust 18:23
ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian
İran

ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

31 Avqust 18:17
İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb
İran

İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

26 Avqust 20:28

Son Xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.