Cənubi Afrikada miqrantlara qarşı zorakılıq yenidən gündəmdə
Cənubi Afrikada miqrantlara, xüsusilə digər Afrika ölkələrinin vətəndaşlarına qarşı düşmənçilik və zorakılıq halları yenidən artıb. Ölkədə miqrantlar işsizlik, yoxsulluq və ictimai xidmətlərdəki problemlər kimi sosial-iqtisadi çətinliklərdə günahlandırılır. Miqrantlara qarşı etirazların bir hissəsi zorakılıq, qarət və məcburi köçürmə halları ilə nəticələnib. Hüquq müdafiə təşkilatları bəzi bölgələrdə hücumların sistemli xarakter aldığını bildirir.
Cənubi Afrika üç ölkədən miqrantların deportasiya xərclərini tələb edir
Cənubi Afrika Daxili İşlər Nazirliyi Malavi, Nigeriya və Efiopiyadan miqrantların ölkədən çıxarılması üçün çəkilən xərclərin bir hissəsinin ödənilməsini tələb edib. Nazirliyin məlumatına görə, bu il deportasiya və geri qaytarma əməliyyatlarına 292 milyon rand (təxminən 18 milyon dollar) xərclənib. Xərclərin əsas hissəsi miqrantların daşınması, müvəqqəti mərkəzlərin yaradılması və əməkdaşların əlavə iş saatlarına yönəlib.
Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib
Türkiyənin 81 vilayətində miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 9-u xarici vətəndaş olmaqla 29 təşkilatçı saxlanılıb. Yoxlamalar zamanı 434 min 295 nəfərin kimlik məlumatları yoxlanılıb və 687 qeyri-qanuni miqrant müəyyən edilərək tutulub. Miqrasiya İdarəsinin koordinasiyası ilə Polis İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə Baş İdarəsi, Sərhəd Xidmətinin Miqrant Qaçaqmalçılığı və İnsan Alveri ilə Mübarizə Baş İdarəsi və Sahil Mühafizəsi Komandanlığı tərəfindən ictimai əyləncə məkanları, yük maşını qarajları, avtobus terminalları, limanlar və ictimai nəqliyyat dayanacaqlarında geniş yoxlamalar aparılıb. Ümumilikdə 15 min 334 obyekt nəzarət altına alınıb.
Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat çərçivəsində 46 nəfər saxlanılıb
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya 81 vilayətdə miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində həyata keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 46 şübhəlinin saxlanıldığını açıqlayıb. nazir sosial media hesabında etdiyi paylaşımda bildirib ki, əməliyyatlar zamanı saxlanılan şəxslərdən 8-i əcnəbi vətəndaşdır. Saxlanılanların hamısının miqrant qaçaqmalçılığı şəbəkələrinin təşkilatçıları olduğu vurğulanıb. Ali Yerlikaya əməliyyatların icrasında iştirak edən Respublika Baş Prokurorluqlarını, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin Miqrant Qaçaqmalçılığı ilə Mübarizə və Sərhəd Qapıları İdarəsini, vilayət polis idarələrini, əməliyyatlarda iştirak edən polis əməkdaşlarını və Göç İdarəsi rəsmilərini təbrik edib.
Pasport yox, əllər lazımdır: Rusiya iqtisadiyyatı miqrantlara qapı açmağa məcburdur
İşsizlik Rusiyada yenidən tarixi minimuma enib və hazırda bu göstərici cəmi 2,2 faiz təşkil edib. Müharibədən və pandemiyadan əvvəl bu rəqəm 4,6 faiz idi. Belə kəskin azalma - ölkədə kadr çatışmazlığının ən ağır mərhələyə keçdiyini göstərir. Hələ 2023-cü ildə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiulina problemi “Rusiya iqtisadiyyatının əsas zəif nöqtəsi” adlandırmışdı.
Yəməndə miqrant qayığı batıb
Yəmənin cənubundakı Ebyen vilayəti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 55 nəfər həyatını itirib.
Hindistan yüzlərlə müsəlmanı qanunsuz olaraq Banqladeşə deportasiya edib
İnsan Hüquqları İzləmə Təşkilatı (HRW) bildirib ki, Hindistan son həftələrdə yüzlərlə müsəlmanı “qanunsuz şəkildə” Banqladeşə deportasiya edib.