4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yəməndə miqrant qayığı batıb

Yəmənin cənubundakı Ebyen vilayəti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 55 nəfər həyatını itirib.

4 Avqust 2025 11:26
Yəməndə miqrant qayığı batıb

BAKI, AzerVoice, Nailə Babazadə

Yəmənin cənubundakı Ebyen vilayəti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 55 nəfər həyatını itirib.

AzerVoice xəbər verir ki, Ebyenin Zəncibar rayonunun Səhiyyə müdiri Əbdülqadir Bacmil məlumat verib. Qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 55-ə çatıb və ölənlər arasında bir yəmənlinin də olduğu müəyyən edilib.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Ebyen vilayəti sahillərində pis hava şəraiti səbəbilə bir qayıq aşıb.

Bacmil həmçinin qeyd edib ki, həyatını itirənlərin hamısı dəfn olunub, qayığın içində 100-dən çox etiopyalı qeyri-qanuni miqrant olub və onlarla insan hələ də itkin düşüb. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, təhlükəsizlik mənbələri əvvəllər Yəmənin cənubundakı Əbyen sahillərində qeyri-qanuni miqrantları daşıyan bir qayığın çevrildiyini, 20 nəfərin öldüyünü və onlarla insanın itkin düşdüyünü bildirmişdi.

Yəmən, əsasən Efiopiya və Somali olmaqla, Afrika Buynuzu ölkələrindən gələn qeyri-qanuni miqrantlar üçün keçid nöqtəsi sayılır. Afrika mənşəli qeyri-qanuni miqrantların əksəriyyəti Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz ölkələrinə getmək ümidi ilə Cibuti üzərindən Yəmənə keçir.

Məqalədə: #Yəmən #miqrant problemi #Yəməndə daxili münaqişələr #Yəməndə silahlı qarşıdurmalar #Yəməndə Husiilərin hərbi strategiyası #Yəmən münaqişəsi #Yəmən böhranı #Yəmən və beynəlxalq təhlükəsizlik #Yəməndə iqtisadi çöküş #Könüllü miqrant çıxışı #miqrant əməliyyatı və miqrant qaçaqçılığı #Miqrant qaçaqçılığı ilə mübarizə #miqrant hüquqları

Mövzu üzrə digər xəbərlər

Yəməndə ərzaq böhranı dərinləşir
Yəmən

Yəməndə ərzaq böhranı dərinləşir

3 Sentyabr 12:55
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir
Yəmən

Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

2 Sentyabr 16:13
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəmən

Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

2 Sentyabr 09:48

Son Xəbərlər

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.