15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İngiltərə uşaqları ekran asılılığından qorumağa hazırlaşır

İngiltərə hökuməti, 16 yaşadək uşaqları ekran asılılığından və zərərli onlayn məzmunlardan qorumaq məqsədilə sosial media istifadəsinə gündəlik iki saatlıq limit və gecə istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.

26 İyul 2025 10:14
İngiltərə uşaqları ekran asılılığından qorumağa hazırlaşır

BAKI, AzerVoice

İngiltərə hökuməti, 16 yaşadək uşaqları ekran asılılığından və zərərli onlayn məzmunlardan qorumaq məqsədilə sosial media istifadəsinə gündəlik iki saatlıq limit və gecə istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, təklif olunan tənzimləmə, həm uşaqların psixoloji sağlamlığını qorumaq, həm də ailə içi ünsiyyətin gücləndirilməsini hədəfləyir.

Texnologiya naziri Piter Kayl məsələ ilə bağlı açıqlamasında bildirib ki, hökumət uşaqların "nəzarətsiz onlayn davranışlarının" qarşısını almaq niyyətindədir.

“Uşaqların internetdə keçirdiyi vaxtı daha sağlam və nəzarətli formaya salmaq istəyirik” – deyə nazir qeyd edib.

Yeni məhdudiyyətlərə dair müzakirələr cəmiyyətdə dəstək tapıb. Bəzi valideynlər uşaqların psixoloji və sinir sistemlərinin hələ formalaşmadığını vurğulayaraq, onların zərərli məzmunlara məruz qalmasının uzunmüddətli təsirlərə səbəb ola biləcəyini bildiriblər.

İngiltərə Parlamentinin Təhsil Komitəsinin yaydığı statistikaya görə, COVID-19 pandemiyası dövründə uşaqların ekran qarşısında keçirdiyi vaxt 52 faiz artıb. Bu artım sosial mediaya məhdudiyyətlərə dair müzakirələri aktuallaşdırıb.

Eyni zamanda, ölkədə uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün hüquqi baza da gücləndirilib. İngiltərə media nəzarət orqanı Ofcom tərəfindən hazırlanan yeni tənzimləmələrə əsasən, sosial media platformaları alqoritmlərini uşaqlara zərərli məzmunların yayılmasının qarşısını alacaq şəkildə tənzimləməli olacaqlar.

Məqalədə: #COVİD-19 #İngiltərə #psixalogiya #sağlamlıq #Uşaq psixologiyası #Bunu bilirsinizmi? #Psixi sağlamlıq #Psixoloji dözümlülük

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
20:32
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
20:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.