7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ-ın raket tələbi nüvə danışıqlarını çətinləşdirir - İran

İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani, ABŞ-ın İranın raket proqramı ilə bağlı irəli sürdüyü şərtlərin nüvə danışıqlarını mənfi təsirə məruz qoyduğunu bildirib. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Laricani İran Ticarət və Sənaye Palatasında çıxışı zamanı Qərblə aparılan nüvə danışıqlarında irəliləyişin olmamasına dair açıqlamalar verib. O bildirib ki, ABŞ danışıqlarda İranın raketlərinin uçuş məsafəsinin 500 kilometrdən aşağı salınmasını tələb edir.

23 Sentyabr 2025 21:03
ABŞ-ın raket tələbi nüvə danışıqlarını çətinləşdirir - İran

BAKI, AzerVoice, Nailə Babazadə

İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani, ABŞ-ın İranın raket proqramı ilə bağlı irəli sürdüyü şərtlərin nüvə danışıqlarını mənfi təsirə məruz qoyduğunu bildirib.

AzerVoice xəbər verir ki,İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Laricani İran Ticarət və Sənaye Palatasında çıxışı zamanı Qərblə aparılan nüvə danışıqlarında irəliləyişin olmamasına dair açıqlamalar verib. O bildirib ki, ABŞ danışıqlarda İranın raketlərinin uçuş məsafəsinin 500 kilometrdən aşağı salınmasını tələb edir.

“Bunu bir iranlı qəbul edə bilərmi? Problem onların qeyri-məqbul və əsassız tələblər irəli sürmələridir,” – deyə Laricani vurğulayıb.

O əlavə edib ki, İran danışıqlardan yayınmır, lakin bəzi Qərb ölkələrinin, xüsusilə də İngiltərə, Almaniya və Fransanın BMT sanksiyalarını yenidən tətbiq etməyə imkan verən “snapback” mexanizmini gündəmə gətirməsi danışıqlara mənfi təsir göstərir.

Təxminən 30 ildir raket proqramını inkişaf etdirən İran, hazırda məsafəsi 300 ilə 3 min kilometr arasında dəyişən müxtəlif növ ballistik raketlərə malikdir. Bu raketlər kimyəvi, nüvə və bioloji başlıqlar daşımaq qabiliyyətinə sahibdir və İranın Avropa, Asiya, Afrika və Orta Şərqdəki geniş əraziləri vurmaq imkanının olduğu bildirilir.

İranın bu hərbi potensialı, başda İsrail olmaqla bir sıra ölkələr tərəfindən ciddi təhdid kimi qiymətləndirilir.

Məqalədə: #İran #ABŞ #nüvə enerjisi #Əli Laricani #nüvə silahı #nüvə proqramı #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

19:41
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

19:25
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır

18:41

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.