13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

BMT Qəzzanın 61 milyon ton dağıntı altında qaldığını bildirib

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) bildirib ki, İsrailin uzunmüddətli hücumları nəticəsində Qəzza zolağı 61 milyon ton dağıntı ilə örtülüb. Qurumun ABŞ mərkəzli X sosial media platformasındakı paylaşımında, İsrailin iki il ərzində Qəzza zolağını mühasirədə saxlayaraq bombaladığı və bölgənin geniş hissələrinin yerlə-yeksan edildiyi vurğulanıb.

23 Oktyabr 2025 15:33
BMT Qəzzanın 61 milyon ton dağıntı altında qaldığını bildirib

BAKI, AzerVoice, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) bildirib ki, İsrailin uzunmüddətli hücumları nəticəsində Qəzza zolağı 61 milyon ton dağıntı ilə örtülüb.

AzerVoice xəbər verir ki, qurumun ABŞ mərkəzli X sosial media platformasındakı paylaşımında, İsrailin iki il ərzində Qəzza zolağını mühasirədə saxlayaraq bombaladığı və bölgənin geniş hissələrinin yerlə-yeksan edildiyi vurğulanıb.

UNRWA paylaşımda Qəzzadaki dağıntıları əks etdirən videoya da yer verərək bildirib ki, bəzi məhəllələr tamamilə məhv olub, fələstinli ailələr isə hələ də dağılmış binalar arasında sığınacaq və içməli su tapmağa çalışır.

Qurum, İsrailin humanitar yardımlara qoyduğu məhdudiyyətlərə baxmayaraq, UNRWA komandalarının həyati əhəmiyyət daşıyan yardımları çatdırmağa çalışdığını və çətin şəraitə baxmayaraq fəaliyyətlərin davam edəcəyini qeyd edib.

Məlumata görə, İsrailin 8 oktyabr 2023-cü ildə başladığı hücumlar nəticəsində 68 min 234 fələstinli həyatını itirib, 170 min 373 nəfər isə yaralanıb. Qəzzada hələ də minlərlə insanın dağıntılar altında olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlar nəticəsində İsrail və HƏMAS-ın atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.

Saziş 10 oktyabrda İsrail hökumətinin təsdiqi ilə qüvvəyə minib. İsrail ordusunun razılaşma üzrə “Sarı Xətt”ə çəkilməsindən sonra atəşkəs eyni gün yerli vaxtla saat 12:00-da qüvvəyə minib.

Bununla belə, İsrail ordusu razılaşmaya baxmayaraq ara-sıra müxtəlif bəhanələrlə Qəzzadaki fələstinlilərə qarşı hücumlarını davam etdirir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.