7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avropa İttifaqında Tesla satışları kəskin azalıb

Avropa İttifaqı (Aİ) ölkələrində Tesla markalı avtomobillərin satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, ABŞ-li milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin satışları Aİ bazarında azalma tendensiyasını davam etdirir. Şirkətin satışları Avropada ardıcıl 9-cu aydır geriləmə göstərir.

28 Oktyabr 2025 11:25
Avropa İttifaqında Tesla satışları kəskin azalıb

BAKI, AzerVoice, Nailə Babazadə

Avropa İttifaqı (Aİ) ölkələrində Tesla markalı avtomobillərin satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalıb.

AzerVoice xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, ABŞ-li milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin satışları Aİ bazarında azalma tendensiyasını davam etdirir. Şirkətin satışları Avropada ardıcıl 9-cu aydır geriləmə göstərir.

Ötən ilin sentyabr ayında Aİ ölkələrində 31 min 535 ədəd Tesla satıldığı halda, bu ilin eyni dövründə rəqəm 25 min 656-ya düşüb. Bununla da Tesla-nın Aİ bazarındakı satış payı 3,9 faizdən 2,9 faizə enib.

Yanvar–sentyabr dövründə şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz azalıb — 2023-cü ildə 181 min 572 olan satış sayı bu il 111 min 328-ə enib. Tesla-nın Aİ bazarındakı ümumi payı isə 2,3 faizdən 1,4 faizə düşüb.

Aİ-yə üzv ölkələr, Avropa Azad Ticarət Assosiasiyasına daxil İsveçrə, Norveç və İslandiya, həmçinin Böyük Britaniya bazarlarını əhatə edən göstəricilərə əsasən, Tesla satışları sentyabrda ötən ilin eyni ayına görə 10,5 faiz azalaraq 39 min 837, yanvar–sentyabr dövründə isə 28,5 faiz geriləyərək 173 min 694 olub.

Ekspertlərə görə, Tesla-nın Avropada satışlarının azalmasında şirkət rəhbəri Elon Maskın mübahisəli davranışları, ABŞ-ın prezidenti Donald Tramp ilə yaxın əlaqələri və Avropadakı sağçı siyasətçilərə açıq dəstəyi mühüm rol oynayıb. Bu amillər Avropalı istehlakçıların şirkətdən uzaqlaşmasına səbəb olub.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Tesla #Elon Mask #Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) #Tesla robotaksi icazəsi #Tesla və CPUC sərnişin daşınması icazəsi #Tesla'nın avtomatik nəqliyyat xidmətləri #Tesla'nın avtomatik taksi layihəsi #Teslaya qarşı hücumlar #Tesla rəqibi #Tesla istehsal dayanması #Tesla satışları #Tesla onlayn sifariş

Mövzu üzrə digər xəbərlər

SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq
Texnologiya

SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq

6 Avqust 18:55
İran Aİ-yə Ukraynadan şikayət edib
İran

İran Aİ-yə Ukraynadan şikayət edib

29 İyul 16:56
Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi
Türkiyə

Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

9 İyul 11:29
"Tesla" robotaksi xidmətini Mayamidə istifadəyə verib
ArabCars

"Tesla" robotaksi xidmətini Mayamidə istifadəyə verib

3 İyul 22:13

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.