7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Rusiyanın növbəti hədəfi bizik - Rutte

Rusiyanın növbəti hədəfi bizik. Zaman bizim xeyrimizə işləmir, indi hərəkət etməliyik. NATO Baş Katibi Rutte bu sözləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Berlində, Almaniya Xarici İşlər Naziri Yohann Vadefulun moderatorluğu ilə keçirilən paneldə çıxış edərkən bildirib. Rutte bildirib ki, Qərbdə Rusiya təhdidinə qarşı kifayət qədər təciliyyət hissi yoxdur. Son bir il ərzində müdafiə istehsalının artmasına baxmayaraq, NATO Baş Katibi bunun kifayət etmədiyini vurğulayıb.

12 Dekabr 2025 11:46
Rusiyanın növbəti hədəfi bizik - Rutte

BAKI, AzerVoice, Nailə Babazadə

Rusiyanın növbəti hədəfi bizik. Zaman bizim xeyrimizə işləmir, indi hərəkət etməliyik.

AzerVoice xəbər verir ki, NATO Baş Katibi Rutte bu sözləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Berlində, Almaniya Xarici İşlər Naziri Yohann Vadefulun moderatorluğu ilə keçirilən paneldə çıxış edərkən bildirib.

Rutte bildirib ki, Qərbdə Rusiya təhdidinə qarşı kifayət qədər təciliyyət hissi yoxdur.

Son bir il ərzində müdafiə istehsalının artmasına baxmayaraq, NATO Baş Katibi bunun kifayət etmədiyini vurğulayıb.

“Təbrik etməyin vaxtı deyil. Çox adam sakit şəkildə laqeyd qalır, çox adam təciliyyət hissini yaşamır və çox adam zamanın bizim xeyrimizə işlətdiyinə inanır. Belə deyil. Hərəkət etmək vaxtı indi gəlib çatıb.” - deyə Rutte qeyd edib.

Rutte müdafiə xərcləri və istehsalının sürətlə artırılması zərurətini qeyd edib.

“Silahlı qüvvələrimiz ehtiyac duyduqları resurslara malik olmalıdır. Ukrayna isə özünü qorumaq üçün lazım olanlara indi sahib olmalıdır.” - deyə Rutte vurğulayıb.

O, Rusiyanın bu il NATO və Ukraynaya qarşı daha da cəsarətli, laqeyd və amansız davrandığını bildirərək, bu ölkənin ayda təxminən 2 min 900 silahlı pilotsuz uçuş aparatları (PUA) istehsal etdiyini açıqlayıb.

Ukraynada sülh sazişinin Milad bayramından əvvəl imzalanması ehtimalı ilə bağlı sualı cavablandıran Rutte “Bunu demək çətindir” deyib. ABŞ-ın rəhbərliyi altında müttəfiqlərin bu məqsədə nail olmaq üçün çalışdığını qeyd edən Baş Katib, “Ukrayna məsələsində ABŞ və Avropanın eyni mövqedə olacağına inanırmı? Bəli, əminəm. Məncə bunu bacara bilərik. Rusların qəbul edəcəyinə əminəmmi? Bilmirəm” deyə əlavə edib.

Rutte bunun Rusiyanın yaxınlaşan “böyük sınağı” olduğunu vurğulayıb.

ABŞ-ın milli strategiyası ilə bağlı suallara cavab verən Baş Katib bildirib ki, strategiya Avropanın təhlükəsizliyinə tam sadiqlik, NATO-ya tam sadiqlik və “Avropa-Atlantik regionunu yalnız birlikdə hərəkət edərək qoruya biləcəyimiz” gerçəyinə sadiqlik nəzərdə tutur. O qeyd edib ki, bunun mahiyyəti əsasən bu prinsiplərin yerinə yetirilməsidir, baxmayaraq ki, ətrafında müzakirə olunacaq çox şey var.

Məqalədə: #Rusiya #NATO #Mark Rutte #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi #NATO baş katibi Mark Rutte #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Ukrayna Rusiya müharibəsində vasitəçi #Rusiya-Ukrayna müharibəsi və NATO

Mövzu üzrə digər xəbərlər

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov
Siyasət

Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

3 Sentyabr 10:07

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.