8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək - Aİ

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Aİ Şurasının sədri Antonio Costa ilə birlikdə Suriyanın paytaxtı Dəməşq şəhərinə etdikləri ilk səfər zamanı ölkənin yenidən qurulması və bərpa prosesi çərçivəsində Suriyaya dəstək verəcəkləri mesajını verib. Von der Leyen və Costa Şamda Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra açıqlama ilə çıxış ediblər.

9 Yanvar 2026 14:33
Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək - Aİ

BAKI,AzerVoice, Nailə Babazadə

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Aİ Şurasının sədri Antonio Costa ilə birlikdə Suriyanın paytaxtı Dəməşq şəhərinə etdikləri ilk səfər zamanı ölkənin yenidən qurulması və bərpa prosesi çərçivəsində Suriyaya dəstək verəcəkləri mesajını verib.

AzerVoice xəbər verir ki, Von der Leyen və Costa Şamda Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra açıqlama ilə çıxış ediblər.

Ursula von der Leyen ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında etdiyi paylaşımda bildirib.

“Onilliklər boyu davam edən qorxu və səssizlikdən sonra suriyalılar ümid və yenilənməyə doğru uzun bir yola çıxıblar. Avropa Suriyanın toparlanması və yenidən qurulması üçün əlindən gələni edəcək.” - deyə o qeyd edib.

Antonio Costa isə açıqlamasında qeyd edib ki, “Uzun illər davam edən müharibə və əzabdan sonra (Bəşşar) Əsəd rejiminin süqutu nəhayət Suriya xalqı üçün bir ümid işığı olub. Aİ-nin Suriyaya davamlı dəstəyini nümayiş etdirmək üçün bu gün buradayıq. Qarşıda hələ uzun yol var, lakin siz artıq ilk addımları atmısınız.”

Qeyd edək ki, bu təmas 2024-cü ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra Aİ-dən Suriyaya həyata keçirilən ən yüksək səviyyəli səfər olub.

Aİ 20 may 2025-ci ildə Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etmişdi.

Aİ Komissiyasının Aralıq dənizi məsələləri üzrə üzvü Dubravka Suica isə 2025-ci ilin iyun ayında Suriyaya səfər edərək ölkənin yeni rəhbərliyi ilə görüşmüş və Aİ-nin Suriyanın sabit və firavan bir dövlətə çevrilməsinə dəstəyini çatdırmışdı.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Suriya #Ursula von der Leyen #Suriya xəbərləri #Suriya münaqişəsi #Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Suriyaya səfəri

Mövzu üzrə digər xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.