4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Epşteyn Mossad üçün casus kimi hazırlanıb?

ABŞ Ədliyyə Nazirliyinin ötən cümə günü Jeffrey Epşteyn işi ilə bağlı milyonlarla yeni sənədi ictimaiyyətə açıqlamasından sonra qalmaqallı iddialar beynəlxalq gündəmi silkələməkdə davam edir. Gizliliyi ləğv edilən materiallarda bir sıra nüfuzlu siyasətçilər, iş adamları və kral ailələrinin üzvləri ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın da adının keçməsi diqqət çəkib.

3 Fevral 2026 09:42
Epşteyn Mossad üçün casus kimi hazırlanıb?
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

ABŞ Ədliyyə Nazirliyinin ötən cümə günü Jeffrey Epşteyn işi ilə bağlı milyonlarla yeni sənədi ictimaiyyətə açıqlamasından sonra qalmaqallı iddialar beynəlxalq gündəmi silkələməkdə davam edir. Gizliliyi ləğv edilən materiallarda bir sıra nüfuzlu siyasətçilər, iş adamları və kral ailələrinin üzvləri ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın da adının keçməsi diqqət çəkib.

AzerVoice xəbər verir ki, 3 milyondan çox sənəd, minlərlə video və yüz minlərlə fotoşəkildən ibarət materiallarda Epşteynin müxtəlif qlobal güc mərkəzləri ilə əlaqələri barədə ciddi iddialar yer alır.

Sənədlər arasında FTB-yə məxsus 2020-ci il tarixli məxfi məlumat qeydi xüsusilə diqqət çəkir.

Sənədlərdə FTB üçün çalışan məxfi mənbəyə (Confidential Human Source – CHS) istinadla qeyd olunur ki, Trampın ilk prezidentlik dövründə bəzi xarici və daxili təsir şəbəkələri ABŞ administrasiyasına nüfuz etməyə çalışıb. Middle East Eye nəşrinin yazdığına görə, həmin qeydlərdə Chabad-Lubavitch hərəkatının Tramp administrasiyası ilə sıx əlaqələr qurmağa çalışdığı iddia edilir.

Məxfi qeydlərdə Trampın kürəkəni Cared Kuşnerin də Chabad-Lubavitch çevrələrinə yaxın olduğu, Tramp administrasiyasında isə “real qərarverici fiqurlardan biri” kimi təqdim edildiyi bildirilir. Qeydlərdə Trampın ilk prezidentlik dövrünün “İsrailə yaxın təsir şəbəkələri tərəfindən formalaşdırıldığı” iddia olunur.

FTB sənədlərində ən çox səs-küy doğuran məqam isə Epşteynin İsrail kəşfiyyatı ilə mümkün əlaqələri ilə bağlıdır. Məxfi mənbəyə istinadla bildirilir ki, Epşteyn İsrailin sabiq baş naziri Ehud Barak ilə uzunmüddətli və yaxın münasibətlərə malik olub.

Sənədlərə əsasən, Epşteynin Barrakın ətrafında casusluq fəaliyyəti üçün hazırlandığı iddia edilir. Qeydlərdə Barrakın 2013–2017-ci illər arasında Epşteynin Nyu-Yorkdakı evini 30-dan çox dəfə ziyarət etdiyi də vurğulanır. Bu məlumatlar Epşteynin beynəlxalq siyasi və kəşfiyyat dairələri ilə əlaqələri barədə şübhələri daha da gücləndirib.

Açıqlanan materiallarda təkcə ABŞ və İsrail deyil, Avropa monarxiyalarına aid adlar da yer alır. Sənədlərdə Norveç vəliəhdi şahzadə Mette-Marit-in adı min dəfədən çox hallanır. Məlumata görə, o, 2011–2014-cü illər arasında Epşteynlə intensiv elektron yazışmalar aparıb.

Norveç mediasına açıqlama verən Mette-Marit, Epşteynlə əlaqə qurmasına görə “dərin peşmanlıq” hissi keçirdiyini bildirib.

Sənədlər həmçinin Böyük Britaniya şahzadəsi Endryu ilə Epşteyn arasındakı münasibətlərə dair əvvəllər məlum olmayan yazışmaları və fotoşəkilləri də üzə çıxarıb. Bu materiallarda şahzadə Endryunun Epşteynlə əlaqələrinin rəsmi titullarından imtina etdikdən sonra da davam etdiyi iddia olunur.

Xatırladaq ki, azyaşlılara qarşı cinsi istismar və insan alveri ittihamları ilə həbs olunan Jeffrey Epşteyn 2019-cu ildə Nyu-York həbsxanasında ölü tapılmış, rəsmi olaraq intihar etdiyi açıqlanmışdı. Lakin onun ölümü və əlaqələri illərdir qlobal mübahisələrə səbəb olur.

Yeni sənədlər Epşteyn qalmaqalının yalnız cinayət işi deyil, eyni zamanda beynəlxalq siyasi və kəşfiyyat əlaqələrini əhatə edən daha geniş bir şəbəkə olduğunu göstərir.

Məqalədə: #Donald Tramp #MOSSAD #Ceffri Epşteyn #Jeffrey Epşteyn sənədləri #FBI məxfi qeydləri #Donald Tramp Epşteyn əlaqəsi #İsrail kəşfiyyatı təsiri #Ehud Barak Epşteyn münasibətləri #Cared Kuşner Tramp administrasiyası

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib
Digər Dövlətlər

Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

3 Sentyabr 20:17
Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp
Digər Dövlətlər

Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

3 Sentyabr 20:06
Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək
Oman

Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

3 Sentyabr 18:24

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.