5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Pakistanın sərhəd bölgəsində silahlı fəallıq artmaqda davam edir

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva (XP) əyalətində təhlükəsizlik qüvvələrinin avtomobilini hədəf alan kamikadze hücumu nəticəsində biri zabit olmaqla iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Yerli polis rəsmisinin verdiyi məlumata görə, kamikadze partlayıcı yüklü motosikletini XP əyalətinin Bannu rayonunun Sara-Darqa bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus zirehli avtomobilə çırpıb. Adının açıqlanmasını istəməyən rəsmi şəxs "Arab News"a bildirib ki, partlayış nəticəsində zirehli maşına ciddi ziyan dəyib, ölənlər və yaralananlar var.

21 Fevral 2026 15:25
Pakistanın sərhəd bölgəsində silahlı fəallıq artmaqda davam edir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva (XP) əyalətində təhlükəsizlik qüvvələrinin avtomobilini hədəf alan kamikadze hücumu nəticəsində biri zabit olmaqla iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

VOA xəbər verir ki, yerli polis rəsmisinin verdiyi məlumata görə, kamikadze partlayıcı yüklü motosikletini XP əyalətinin Bannu rayonunun Sara-Darqa bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus zirehli avtomobilə çırpıb. Adının açıqlanmasını istəməyən rəsmi şəxs "Arab News"a bildirib ki, partlayış nəticəsində zirehli maşına ciddi ziyan dəyib, ölənlər və yaralananlar var.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməsə də, Pakistan Talibanı (Təhrik-e-Taliban Pakistan - TTP) keçmişdə regionda oxşar hücumlar həyata keçirib. Rəsmi orqanlar bu hadisənin arxasında da TTP-nin dayandığından şübhələnirlər.

Son illərdə Pakistan Əfqanıstanla həmsərhəd olan Xeybər-Paxtunxva əyalətində artan silahlı fəallığın qarşısını almaqda çətinlik çəkir. Xüsusilə TTP başda olmaqla silahlı qruplaşmalar bölgədə tez-tez təhlükəsizlik qüvvələrini, hüquq-mühafizə orqanlarını və dövlət rəsmilərini hədəf alır.

Bu həftənin əvvəlində Pakistan ordusunun media qanadı tərəfindən verilən məlumata görə, XP-nin Bacaur rayonunda silahlılar partlayıcı yüklü avtomobillə təhlükəsizlik qüvvələrinin birgə nəzarət məntəqəsinə hücum edib. Həmin hadisədə 11-i təhlükəsizlik əməkdaşı olmaqla 12 nəfər həyatını itirmişdi.

İslamabad Əfqanıstanı öz ərazisindən Pakistana qarşı istifadəyə şərait yaratmaqda, Hindistanı isə transsərhəd hücumlar üçün silahlı qrupları dəstəkləməkdə ittiham edir. Həm Kabul, həm də Yeni Dehli bu ittihamları rədd edir.

Məqalədə: #Pakistan #Əfqanıstan #Pakistan-Əfqanıstan sərhədi #Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan-Əfqanıstan #Pakistan və Əfqanıstan arasında gərginlik #Pakistan və Əfqanıstan #Pakistan–Əfqanıstan münasibətləri

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41
Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib
Qətər

Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

1 Sentyabr 18:47

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.