12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Pakistanda ardıcıl hücumlarda 8 nəfər həlak olub

Pakistanın Bəlucistan vilayətində yerləşən Pəncqur bölgəsində baş verən iki ayrı hadisə nəticəsində 8 nəfər həyatını itirib. Motosikletli silahlı şəxslər yoldan keçən iki avtomobili hədəf alaraq onlara atəş açıblar. Avtomobildə olanların cavab atəşi verməsi ilə tərəflər arasında qısamüddətli və şiddətli atışma baş verib. Çatışma başa çatdıqdan sonra nəqliyyat vasitələrindəki 6 nəfərin öldüyü müəyyən edilib. Hücum edən şəxslər hər iki avtomobili yandırdıqdan sonra hadisə yerindən qaçmağa nail olublar.

24 Fevral 2026 12:32
Pakistanda ardıcıl hücumlarda 8 nəfər həlak olub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Pakistanın Bəlucistan vilayətində yerləşən Pəncqur bölgəsində baş verən iki ayrı hadisə nəticəsində 8 nəfər həyatını itirib.

VOA xəbər verir ki, motosikletli silahlı şəxslər yoldan keçən iki avtomobili hədəf alaraq onlara atəş açıblar. Avtomobildə olanların cavab atəşi verməsi ilə tərəflər arasında qısamüddətli və şiddətli atışma baş verib. Çatışma başa çatdıqdan sonra nəqliyyat vasitələrindəki 6 nəfərin öldüyü müəyyən edilib. Hücum edən şəxslər hər iki avtomobili yandırdıqdan sonra hadisə yerindən qaçmağa nail olublar.

Eyni bölgənin İran sərhədinə yaxın hissəsində isə digər bir faciəvi hadisə qeydə alınıb. Təhlükəsizlik qüvvələri ərazidə şübhəli hərəkət edən iki avtomobilə "saxla" əmri verib. Sürücülərdən birinin xəbərdarlığa məhəl qoymayaraq qaçmağa cəhd göstərməsi üzərinə polis və hərbi birləşmələr atəş açıblar. Hadisə nəticəsində avtomobildə olan əfqan mənşəli 2 qadın həyatını itirib. Pakistan rəsmiləri bu şəxslərin ölkəyə qeyri-qanuni yollarla daxil olan əfqan miqrantlar olduğunu bildiriblər.

Qeyd edək ki, Pakistanda bu növ silahlı hücumlar əsasən Əfqanıstanla sərhəd olan Xeybər-Paxtunxva və Bəlucistan vilayətlərində cəmləşib. Bu ərazilərdə puştun və bəluc etnik qruplarının haqlarını müdafiə etdiyini iddia edən TTP (Pakistan Talibanı) və BLA (Bəlucistan Azadlıq Ordusu) kimi silahlı qruplaşmalar həm təhlükəsizlik qüvvələrinə, həm də mülki əhaliyə qarşı mütəmadi olaraq hücumlar həyata keçirirlər. İslamabad rəhbərliyi bu hücumların bir çoxunun Əfqanıstan ərazisindən idarə olunduğunu vurğulasa da, Kabil tərəfi bu iddiaları qəti şəkildə rədd edir.

Məqalədə: #Pakistan #Regional təhlükəsizlik #Pakistan Bəlucistan silahlı hücum #Pəncqur insidenti #İran sərhədi atışma #sərhəd bölgəsi gərginlik #silahlı qarşıdurma

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.