15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Ordumuz təcavüzkarları məhv etmək gücünə malikdir - Pakistan Baş Naziri

Pakistanın Baş naziri Şahbaz Şərif cümə günü bəyan edib ki, ölkəsinin silahlı qüvvələri qonşu Əfqanıstana edilən hava zərbələrindən sonra hər hansı bir təcavüzkarı "əzmək" iqtidarındadır. Şərif "X" platformasındakı paylaşımında bildirib: "Bizim qüvvələrimiz hər hansı təcavüzkar ambisiyaları darmadağın etmək üçün tam qüdrətə sahibdir. Bütün xalq Pakistan Silahlı Qüvvələri ilə çiyin-çiyinə dayanıb".

27 Fevral 2026 13:40
Ordumuz təcavüzkarları məhv etmək gücünə malikdir - Pakistan Baş Naziri
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Pakistanın Baş naziri Şahbaz Şərif cümə günü bəyan edib ki, ölkəsinin silahlı qüvvələri qonşu Əfqanıstana edilən hava zərbələrindən sonra hər hansı bir təcavüzkarı "əzmək" iqtidarındadır.

VOA xəbər verir ki, Şərif "X" platformasındakı paylaşımında bildirib: "Bizim qüvvələrimiz hər hansı təcavüzkar ambisiyaları darmadağın etmək üçün tam qüdrətə sahibdir. Bütün xalq Pakistan Silahlı Qüvvələri ilə çiyin-çiyinə dayanıb".

Əfqanıstan hökuməti cümə axşamı Pakistanın bir neçə gün əvvəl onların ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq sərhəd məntəqələrinə hücum təşkil etdiyini açıqlamışdı. Kabil tərəfi bu hücum zamanı bir neçə Pakistan əsgərinin öldürüldüyünü və əsir götürüldüyünü iddia edir.

Buna cavab olaraq Pakistan hökuməti cümə günü Əfqanıstanın sərhəddəki hərbi obyektlərə hücumundan sonra Kabil və Qəndəhar şəhərlərinə hava zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri Xvaca Asif Əfqanıstan hökumətinə qarşı "açıq müharibə" elan edərək deyib: "Səbrimiz tükəndi. İndi bizim və sizin aranızda açıq müharibə başlayıb".

Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirinin müşaviri Zamir Kabulov tərəfləri qarşılıqlı hücumları dərhal dayandırmağa və ixtilafları diplomatik yolla həll etməyə çağırıb.
Kabulov Rusiyanın "Sputnik" agentliyinə verdiyi açıqlamada bildirib: "Biz qarşılıqlı hücumların ən qısa zamanda dayandırılmasını və diplomatik həllin tapılmasını dəstəkləyirik". O əlavə edib ki, əgər Pakistan və Əfqanıstan tərəfləri müraciət edərsə, Rusiya vasitəçilik xidmətləri göstərmək məsələsini nəzərdən keçirəcək.

Məqalədə: #Əfqanıstan #Şahbaz Şərif #Əfqanıstan müharibəsi #Pakistan-Əfqanıstan sərhədi #Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan-Əfqanıstan #Pakistan və Əfqanıstan arasında gərginlik #Pakistan və Əfqanıstan #Pakistan–Əfqanıstan münasibətləri

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
Bu saata olan əsas xəbər başlıqları
Bu saata olan əsas xəbər başlıqları
13:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.