9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Nədir Dini terminlər lüğəti
Dini terminlər lüğəti

Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj

Qurani-Kərimin Bəqərə surəsində qeyd edildiyi kimi, xoş söz və bağışlamaq minnətlə verilən sədəqədən qat-qat üstündür.

15 Sentyabr 2026 12:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj

Sədəqə Allah yolunda xərcləmə, Allahın razılığını qazanmaq üçün təmənnasız edilən maddi-mənəvi yardım və görülən hər cür xeyir işdir. Qurani-Kərimdə buyurulduğu kimi: "Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır)" (Bəqərə surəsi, 263-cü ayə).

Quran oxumağın fəziləti və mömin həyatındakı yeri Bunu da oxuyun Quran oxumağın fəziləti və mömin həyatındakı yeri

Hədislərdə bildirilən və ictimai həyatın bir çox sahələrini əhatə edən nafilə sədəqə və yardımlaşma şəkillərinin dünyada da, axirətdə də böyük faydaları vardır. Ən fəzilətli sədəqələrdən biri ehtiyac sahibi olan insanın çətinliyini aradan qaldırmaq, onun ehtiyaclarını qarşılamaqdır. Sədəqə həmçinin onu verəcək olan şəxsin imkanına və vəziyyətinə görə dəyişir. O, günahlara kəffarə, Cəhənnəm atəşinə qarşı sipərdir; bəla və müsibətləri dəf edir. İnsan ondan yardım istəyəni əliboş qaytarmamalı, imkanı daxilində kömək etməyə çalışmalıdır.

Bundan əlavə, sədəqənin gizli verilməsi daha fəzilətlidir. Çünki edilən yaxşılığı kənar şəxslər bildikdə, insanın qəlbinə özündən asılı olmayaraq riyaçılıq və göstəriş meyli daxil ola bilər. Bu barədə hədislər olduqca çoxdur. Belə ki, Allah Rəsulu buyurmuşdur: "Üç şey var ki, yaxşılığın xəzinələrindəndir; onlardan biri insanın verdiyi sədəqəni gizləməsidir".

Məqalədə: #Dini lüğət #Sədəqə nədir ? #Bəqərə surəsi #Peyğəmbər və sədəqə anlayışı #Sədəqə yalnız pula aid deyil – İslamda sədəqə növləri #Sədəqə yalnız maddi yardım sayılırmı? #Allah #yuxuda sədəqə vermək #Allah Rəsulu #Cəhənnəm #what is sadaqah in Islam meaning and virtues

Mövzu üzrə digər xəbərlər

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

7 Sentyabr 11:46
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
Dini terminlər lüğəti

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?

6 Sentyabr 12:40
“The Lesser Key of Solomon” -  Zimminar nədir?
Dini terminlər lüğəti

“The Lesser Key of Solomon” - Zimminar nədir?

26 İyul 13:00
Türk mədəniyətindəki 54 fərz nədir?
Dini terminlər lüğəti

Türk mədəniyətindəki 54 fərz nədir?

26 İyul 11:00

Son Xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.