12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İraqda ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi bəyanatda İrana qarşı hərbi əməliyyatlarda iştirak edən Amerika yanacaqdoldurma təyyarəsinin İraq ərazisində qəzaya uğradığını bildirib. Məlumata görə, qəzadan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. "The Associated Press" agentliyinə anonimlik şərti ilə məlumat verən ABŞ rəsmisi qəzaya uğrayan "KC-135" tipli təyyarənin göyərtəsində ən azı beş heyət üzvünün olduğunu qeyd edib. Hazırda heyət üzvləri arasında tələfatın olub-olmadığı barədə dəqiq məlumat verilmir.

13 Mart 2026 10:14
İraqda ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb

BAKI, VOA, Nailə Babazadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi bəyanatda İrana qarşı hərbi əməliyyatlarda iştirak edən Amerika yanacaqdoldurma təyyarəsinin İraq ərazisində qəzaya uğradığını bildirib.

VOA xəbər verir ki, məlumata görə, qəzadan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. "The Associated Press" agentliyinə anonimlik şərti ilə məlumat verən ABŞ rəsmisi qəzaya uğrayan "KC-135" tipli təyyarənin göyərtəsində ən azı beş heyət üzvünün olduğunu qeyd edib. Hazırda heyət üzvləri arasında tələfatın olub-olmadığı barədə dəqiq məlumat verilmir.

Hərbi mənbələr təyyarənin itirildiyini təsdiqləsələr də, qəzanın düşmən atəşi və ya "dost atəşi" nəticəsində baş vermədiyini xüsusi vurğulayıblar. Hadisə zamanı havada iki təyyarənin olduğu, onlardan birinin təhlükəsiz şəkildə yerə endiyi, digərinin isə İraqın qərbində qəzaya uğradığı bildirilir. Qəzaya uğrayan hər iki təyyarənin "KC-135" tankeri olduğu dəqiqləşdirilib. CENTCOM vəziyyətin inkişafı ilə bağlı əlavə məlumatların veriləcəyini və hərbçilərin ailələrinə dəqiq məlumat çatdırmaq üçün bir qədər səbirli olmağın vacibliyini qeyd edib.

Bu hadisə ABŞ-ın İrana qarşı hərbi əməliyyatları çərçivəsində rəsmən etiraf edilən dördüncü təyyarə itkisidir. Ötən həftə Küveyt qüvvələrinin səhvən açdığı atəş nəticəsində ABŞ-ın üç "F-15E Strike Eagle" qırıcısı vurulmuş, lakin bütün altı heyət üzvü katapult edərək sağ qalmışdı. Pentaqonun son hesabatına görə, İranla müharibənin başlanğıcından bəri 7 Amerika hərbçisi döyüşlərdə həlak olub, 140-a yaxın hərbçi isə yaralanıb. Prezident Donald Tramp və Müdafiə naziri Pit Heqset müharibə bitənə qədər daha çox Amerika əsgərinin həyatını itirə biləcəyi barədə xəbərdarlıq ediblər.

Məqalədə: #CENTCOM #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.