13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

TAPI qaz kəməri üzrə yeni mərhələ: Əfqanıstan ərazilərin alınması prosesinə başlayır

Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri layihəsi üzrə danışıqlarda yeni mərhələyə keçilib. Layihənin Əfqanıstan ərazisindən keçən hissəsi üçün torpaq məsələlərinin həlli istiqamətində razılaşmalar əldə olunub.

16 Mart 2026 15:44
TAPI qaz kəməri üzrə yeni mərhələ: Əfqanıstan ərazilərin alınması prosesinə başlayır

BAKI,VOA, Fərid Mikayılov

Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri layihəsi üzrə danışıqlarda yeni mərhələyə keçilib. Layihənin Əfqanıstan ərazisindən keçən hissəsi üçün torpaq məsələlərinin həlli istiqamətində razılaşmalar əldə olunub.

VOA xəbər verir ki, martın 15-də Kabildə Əfqanıstanın kənd təsərrüfatı, suvarma və heyvandarlıq naziri Ataulla Omari ilə “TAPI Pipeline Company Ltd.” konsorsiumunun rəhbəri Muhammetmyrat Amanov və Türkmənistanın ölkədəki səfiri Hoja Övezov arasında görüş keçirilib.

Görüşdə qaz kəmərinin keçəcəyi marşrut üzrə torpaq münasibətlərinin tənzimlənməsi əsas müzakirə mövzusu olub. Tərəflər boru kəmərinin keçəcəyi ərazilərdə dövlət və özəl torpaqların icarəsi və satın alınması üçün qiymət mexanizmlərinin müəyyənləşdirilməsi üzərində işlədiklərini bildiriblər.

Konsorsium rəhbəri Muhammetmyrat Amanov layihənin tikinti qrafikindən geri qalmaması üçün torpaqların alınması prosesinin mümkün qədər qısa müddətdə başa çatdırılmasının vacibliyini vurğulayıb.

Məlumata görə, hazırda texniki qrupların iştirakı ilə Əfqanıstanın Herat vilayətində qaz kəmərinin keçəcəyi marşrutların dəqiqləşdirilməsi üzrə işlər aktiv şəkildə davam edir.

Əfqanıstan tərəfi isə TAPI layihəsinin ölkənin iqtisadi inkişafı və regional enerji əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

Məqalədə: #Pakistan #Türkmənistan #Əfqanıstan #Hindistan #TAPİ layihəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.