15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İsrailin Somalilanda dəstəyi silahlı qrupları aktivləşdirə bilər - Somali

İsrailin Somalilandın birtərəfli müstəqillik elan etməsi prosesinə daxil olması regionun yeni qarşıdurma meydanına çevrilməsinə səbəb ola bilər. Təəssüf ki, yaxın gələcəkdə Ərəbistan yarımadasının cənubunda da yeni silahlı qrupların ortaya çıxdığını görə bilərik

18 Aprel 2026 22:30
İsrailin Somalilanda dəstəyi silahlı qrupları aktivləşdirə bilər - Somali

BAKI,VOA, Nailə Babazadə

İsrailin Somalilandın birtərəfli müstəqillik elan etməsi prosesinə daxil olması regionun yeni qarşıdurma meydanına çevrilməsinə səbəb ola bilər. Təəssüf ki, yaxın gələcəkdə Ərəbistan yarımadasının cənubunda da yeni silahlı qrupların ortaya çıxdığını görə bilərik.

VOA xəbər verir ki bu xəbərdarlıqla Somalinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Əli Mohamed Omar çıxış edib.

Nazir bu fikirləri "Antalya Diplomasi Forumu (ADF) 2026" çərçivəsində keçirilən "Vasitəçilikdə Regional Sahiblik: Afrika Buynuzu Nümunəsi" adlı paneldə səsləndirib. Omar qeyd edib ki, İsrailin olduğu hər yerdə ona qarşı çıxan digər aktorlar da fəallaşır və bu, bölgədəki gərginliyi daha da dərinləşdirir.

Panel zamanı Somali və Efiopiya arasındakı gərginlikdə Türkiyənin oynadığı rol xüsusi vurğulanıb. Nazir Omar Türkiyənin vasitəçilik modelini həm regional, həm də qitə miqyasında nümunəvi model kimi xarakterizə edib. Şərqi Afrikada Hökumətlərarası İnkişaf Qurumunun (IGAD) rəsmisi Mohamed Abdi Ware də Türkiyənin hər iki tərəflə qurduğu etibarlı münasibətləri və tərəfsiz mövqeyini uğurlu vasitəçiliyin əsas amili kimi qeyd edib.

Ekspertlər bildiriblər ki, Türkiyənin bu uğuru təkcə mədəni bağlarla deyil, həm də tərəflər arasında hiyerarxiya yerinə hörmətə əsaslanan yanaşma tərzi ilə bağlıdır. Vurğulanıb ki, səmərəli vasitəçilik üçün yalnız xoş məram kifayət deyil, eyni zamanda güclü institusional potensial və etimad vacibdir.

Məqalədə: #Somali #İsrail Somalilandı müstəqil dövlət kimi tanıdı #İsrailin Somaliland qərarı Afrika Buynuzunda gərginlik yaradıb #Türkiyə İsrailin Somalilandı tanımasını beynəlxalq hüquqa zidd adlandırdı #Somaliland statusu

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

14 Sentyabr 18:11
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
Bu saata olan əsas xəbər başlıqları
Bu saata olan əsas xəbər başlıqları
13:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.