8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Hörmüz boğazında neft axınının bərpası qlobal təklifi artırıb - BEA

Beynəlxalq Enerji Agentliyi (BEA) Hörmüz boğazından neft axınının qismən bərpa olunmasının qlobal neft bazarına təsir etdiyini açıqlayıb. Hesabatda qeyd olunub ki, artıma baxmayaraq, qlobal neft hasilatı ABŞ-İsrail və İran arasında baş verən müharibədən əvvəlki səviyyədən sutkada təxminən 9 milyon 400 min barel aşağı qalır.

10 İyul 2026 12:55
Hörmüz boğazında neft axınının bərpası qlobal təklifi artırıb - BEA

BAKI,VOA, Fərid Mikayılov

Beynəlxalq Enerji Agentliyi (BEA) Hörmüz boğazından neft axınının qismən bərpa olunmasının qlobal neft bazarına təsir etdiyini açıqlayıb.

VOA xəbər verir ki, BEA-nın Neft Bazarları Hesabatına əsasən, iyun ayında qlobal neft təklifi əvvəlki ayla müqayisədə sutkada təxminən 4 milyon 100 min barel artaraq 98 milyon 760 min barelə yüksəlib.

Hesabatda qeyd olunub ki, artıma baxmayaraq, qlobal neft hasilatı ABŞ-İsrail və İran arasında baş verən müharibədən əvvəlki səviyyədən sutkada təxminən 9 milyon 400 min barel aşağı qalır.

BEA bildirir ki, ABŞ və İran arasında əldə olunan çərçivə razılaşmasından sonra Körfəz ölkələrində hasilatın qismən bərpası iyun ayında regiondan gələn neft tədarükünü sutkada təxminən 3 milyon 500 min barel artırıb.

Bununla belə, təhlükəsizlik narahatlıqları və ABŞ hərbi donanmasının müşayiətinə ehtiyac səbəbindən Hörmüz boğazından neft daşımaları zaman-zaman məhdudlaşıb. Regionun neft təchizatı hələ də münaqişədən əvvəlki göstəricidən sutkada təxminən 11 milyon 400 min barel aşağıdır.

Hesabatda bildirilir ki, OPEC+ ölkələrinin hasilatı iyunda sutkada təxminən 2 milyon 450 min barel artaraq 38 milyon 390 min barelə çatıb. Bu artımın əsas hissəsi Səudiyyə Ərəbistanı və Küveytin payına düşüb.

OPEC+ xaricindəki ölkələrin neft tədarükü isə sutkada təxminən 1 milyon 630 min barel artaraq 60 milyon 370 min barelə yüksəlib. Bu artımda əsas pay Birləşmiş Ərəb Əmirliklərinə məxsus olub.

BEA-nın proqnozuna görə, Hörmüz boğazından neft keçidi sabitləşərsə, 2026-cı ildə qlobal neft təklifi orta hesabla sutkada 102 milyon 600 min barel təşkil edə bilər.

Agentlik bildirib ki, Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqlar və davam edən təhlükəsizlik riskləri səbəbindən proqnozlar üzərində qeyri-müəyyənlik qalır.

BEA həmçinin 2027-ci ildə qlobal neft hasilatının sutkada təxminən 7 milyon 500 min barel artaraq 110 milyon 100 min barelə çatacağını gözləyir.

IEA bu il üçün qlobal neft tələbi proqnozunu əvvəlki hesabatla müqayisədə sutkada 70 min barel artırıb.

Yeni hesablamaya görə, qlobal neft tələbi 2026-cı ildə əvvəlki illə müqayisədə sutkada təxminən 1 milyon barel azalaraq 103 milyon 460 min barel olacaq.

Agentlik bunun 2020-ci ildən sonra ilk illik azalma olacağını proqnozlaşdırır.

BEA 2027-ci ildə qlobal neft tələbinin sutkada təxminən 2 milyon barel artaraq 105 milyon 470 min barelə yüksələcəyini gözləyir.

Məqalədə: #Beynəlxalq Enerji Agentliyi #ABŞ və Körfəz ölkələri #Hörmüz boğazı #ABŞ və İran münasibətləri #Hörmüz boğazı strateji əhəmiyyəti

Mövzu üzrə digər xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14

Son Xəbərlər

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
21:07
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.