12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Özbəkistan
Özbəkistan

Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Sammitində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzv statusunda təmsil edilməsinə hazır olduğunu bildirib.

8 Noyabr 2024 17:11
Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur

Bakı, AzerVoice

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Sammitində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzv statusunda təmsil edilməsinə hazır olduğunu bildirib.

Cənab Prezident Şavkat Mirziyoyev çıxışında aşağıdakı fikirləri diqqətə çatdırıb: "Hörmətli nümayəndə heyətlərinin rəhbərləri! Qardaş xalqlarımızı daha da yaxınlaşdırmaq, gəncləri əcdadlarımıza layiq ruhda tərbiyə etmək məqsədilə təşkilata üzv ölkələrin dillərində türk xalqlarının çoxcildli folklor toplusunu nəşr etmək yaxşı olardı. Bu istiqamətdə bizim aktual vəzifəmiz "türk ölkələrinin tarixi" kimi fundamental tədqiqatların birgə aparılmasıdır. Eyni zamanda, düşünürəm ki, türk dillərindən birbaşa tərcümənin stimullaşdırılması, məktəblərimizdə türk xalqları və onların tarixi, etnoqrafiyası, mədəniyyəti və incəsənəti haqqında fakültativ dərslərin aparılması məqsədəuyğundur. Bu baxımdan Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü seçilməyə hazır olduğunu bildiririk".

Biz – Türk Mədəniyyəti və İrsi Fondu olaraq Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə göstərilən etimada görə dərin minnətdarlığımızı bildirir və bu təşəbbüsün bizim üçün yüksək şərəf olduğunu vurğulamaq istəyirik.
Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyət göstərdiyi dövrdə Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanla bağlı bir çox layihələr həyata keçirib.
Özbəkistan Prezidentinin bu təşəbbüsünün həyata keçirilməsi ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə türk ölkələri arasında mədəni dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində əməkdaşlığın güсləndirilməsinə geniş imkan yaradır.
Qeyd edək ki, bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurucu ölkələr, Macarıstan isə Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsidir.

Məqalədə: #Özbəkistan

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.