8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Atəşkəsin ilk günündə azad edilən israillilər kimlərdir?

Adlar və faktlar

20 Yanvar 2025 09:27
Atəşkəsin ilk günündə azad edilən israillilər kimlərdir?

BAKI,AzerVoice

İsrail və Fələstin silahlı qruplaşması arasında atəşkəs çərçivəsində HƏMAS tərəfindən saxlanılan üç girov bazar günü 471 günlük əsirlikdən sonra azad edilib. Növbəti bir neçə həftə ərzində onlarla əsirin mərhələli şəkildə azad edilməsi barədə razılıq əldə olunub.
Atəşkəs və girovların azad edilməsi israillilər arasında ümid və qorxuya səbəb oldu. Bir çoxları üç fazalı müqavilənin bütün girovlar geri qayıtmamış iflasa uğraya biləcəyindən və ya onların səhhətinin pisləşəcəyindən qorxur. Digərləri ölən əsirlərin sayının proqnozlaşdırılandan çox olmasından narahatdırlar.
HƏMAS-ın 2023-cü il oktyabrın 7-də 15 aylıq müharibəyə səbəb olan hücumu zamanı təxminən 250 nəfəri qaçırdı.
Çoxlarının ümid etdiyi, müharibəni bitirmək üçün ilk addım olan bazar günü atəşkəsə saatlar qalmış İsrail 2014-cü ildə İsrail-Həmas müharibəsində öldürülən və qalıqları yaraqlılar tərəfindən saxlanılan əsgər Oron Şaulun cəsədini götürdüyünü açıqladı.

Atəşkəsin ilk günündə azad edilən israillilər kimlərdir?

Romi Gönen, 24 yaş

Romi Gönen 2023-cü il oktyabrın 7-də İsrailin cənubundakı Nova musiqi festivalından qaçırıldı. HƏMAS tərəfindən qaçırılmadan öncəo anasıl ilə telefonıa danışa bilib.
Gönenin anası Merav qızının son sözlərinin “ yaralanmışıan, çoxlü qan itirmişəm, yəqin ki, öləcəyəm” deməsini hələ də xatırlayır.
Merav Gönen son 15 ayda girovların qaytarılmasını müdafiə edən, demək olar ki, hər gün İsrail xəbər proqramlarında çıxış edən və missiyalarla xaricə səyahət edən ən açıq səslərdən biri olub.

Emili Damari, 28 yaş

Emily Damari, HƏMAS-ın hücumu nəticəsində ağır zərbə alan kommunal əkinçilik kəndi olan Kibbutz Kfar Azadakı mənzilindən qaçırılan Britaniya-İsrail vətəndaşıdır. O, kibbutzun Qəzzaya ən yaxın hissəsi olan gənclər üçün məhəllədə kiçik bir mənzildə yaşayırdı.

Doron Steinbrecher, 31 yaş

Doron Steinbrecher baytar tibb bacısıdır və Kibbutz Kfar Azada Damari ilə qonşudur və o Steinbrecher həm İsrail, həm də Rumıniya vətəndaşlıdır.

7 oktyabr 2023-cü il saat 10:20-də Steinbrecher anasına zəng edərək, “Ana, mən qorxuram. Mən çarpayının altında gizlənirəm və onların mənzilimə girməyə çalışdıqlarını eşidirəm”-deyib. O, dostlarına səsli mesaj göndərərək, “Məni tutdular! Məni tutdular! Məni tutdular!” -deyib.

Bu mesaj onun ailəsinə Doronun qaçırıldığını başa düşməsinə kömək etmək üçün əsas idi.
Steinbrecher 26 yanvar 2024-cü ildə HƏMAS-ın yaydığı videoda iki qadın İsrail əsgəri ilə birlikdə videoya çəkilib.
Qardaşı videonun onlara sağ olduğuna dair ümid verdiyini, lakin yorğun, zəif və arıq göründüyü üçün narahatlıq doğurduğunu söylədi.

Oron Şaulun qalıqları, 20 yaş

Oron Şaul 20 iyul 2014-cü ildə İsrail və HƏMAS arasında döyüşlər zamanı öldürülən əsgər idi. Onun və başqa bir əsgər Hadar Qoldinin cəsədi, ailələri tərəfindən geri qaytarılması üçün ictimai kampaniyaya baxmayaraq, o vaxtdan bəri HƏMAS tərəfindən saxlanılmışdı.

Məqalədə: #Fələstin #HƏMAS

Mövzu üzrə digər xəbərlər

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

7 Sentyabr 18:17

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.