10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrail Cenin şəhərində genişmiqyaslı hərbi əməliyyat keçirir

21 Yanvar 2025 16:50
İsrail Cenin şəhərində genişmiqyaslı hərbi əməliyyat keçirir

BAKI,AzerVoice

Bu gün (çərşənbə axşamı) İsrail ordusu, İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində hərbi əməliyyata başladığını elan etdi. AzerVoice xəbər verir ki, ordunun bəyanatında bildirilir ki, təhlükəsizlik xidməti və sərhəd mühafizə qüvvələri ilə birlikdə "Cenində terror fəaliyyətlərinin qarşısını almaq məqsədilə hərbi əməliyyata başlandığı" vurğulanıb.

Bu arada, Fələstin Səhiyyə Nazirliyi bu gün verdiyi açıqlamada, İsrailin Cenində keçirdiyi hərbi əməliyyat nəticəsində 6 nəfərin öldüyünü və təxminən 35 nəfərin yaralandığını bildirib.

Fələstin Xəbər Agentliyi (WAFA) yerli mənbələrə istinadən qeyd edib ki, İsrail qüvvələri Cenin şəhərinə Cəlmə hərbi keçid məntəqəsindən çox sayda hərbi texnika ilə daxil olub. Həmçinin bildirilir ki, şəhərə və düşərgəsinə hücumda hərbi təyyarələr iştirak edir. WAFA-nın məlumatına görə, İsrail ordusu Cenin düşərgəsinin “Hədəf” məhəlləsində snayperlər yerləşdirib və sakinlərə qarşı intensiv atəş açıb.

Digər tərəfdən, WAFA-nın məlumatına əsasən, Cenin Dövlət Xəstəxanasının direktoru Vissam Bəkr bildirib ki, yaralılar arasında Əl-Əməl xəstəxanasının yaxınlığında yüngül yaralanan bir həkim də var. Bəkr əlavə edib ki, digər yaralılar şəhərin xəstəxanalarına yerləşdirilib, lakin hadisələrin intensivliyi səbəbindən dəqiq say hələlik məlum deyil.

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın məqsədinin "terrorizmi məhv etmək" olduğunu bəyan edib. O, açıqlamasında bildirib ki, təhlükəsizlik qüvvələri Cenində “terrorizmi məhv etmək üçün geniş və əhəmiyyətli hərbi əməliyyata başlayıb”. Bu əməliyyata “Dəmir Divar” adı verilib.

İsrail qüvvələri dünən axşamdan bu gün səhərədək İordan çayının qərb sahilində ən azı 20 fələstinlini həbs edib.

Məqalədə: #Fələstin

Mövzu üzrə digər xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

8 Sentyabr 09:26

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.