10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

HƏMAS daha altı israilli girovu azad edəcək

18 Fevral 2025 19:18
HƏMAS daha altı israilli girovu azad edəcək

Bakı, AzerVoice

HƏMAS 22 fevral tarixində 3 girov əvəzinə 6 israilli girovu azad etməyə razılaşdığını elan etdi.

AzerVoice xəbər verir ki, bu haqda HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil əl-Hayə açıqlama verib.

Açıqlamada bildirilib ki, 20 fevral tarixində HƏMAS 4 israilli məhbusun cəsədini Qırmızı Xaç Komitəsinə təhvil verəcək.

Onun sözlərinə görə, 22 fevralda əvvəlcədən planlaşdırıldığının əksinə olaraq, 3 deyil, 6 israilli məhbus azad ediləcək.

O, HƏMAS-ın atəşkəsin ikinci mərhələsini həyata keçirməyə hazır olduğunu, lakin Təl-Əviv administrasiyasının atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlara başlamaqdan çəkindiyini iddia edib.

Yerli media xəbər verir ki, 22 fevralda İsrail administrasiyası Qəzzaya mobil evlər və tikinti texnikasının gətirilməsinə icazə verilməsi üçün 3 deyil, 6 israilli məhbusun azad olunmasını tələb edib.

İsrailin bu məsələyə dair mövqeyini dəyişib-dəyişməyəcəyi hələ məlum deyil.

Əgər 22 fevralda HƏMAS 6 israilli məhbusu azad etsə, atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində əsir mübadiləsi tamamlanacaq.

HƏMAS əsir mübadiləsi çərçivəsində indiyədək 19 israilli məhbusu azad edib.

Qeyd edək ki, vasitəçi ölkələrdən biri olan Qətər 15 yanvarda İsrail və HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsinə dair razılığın əldə olunduğunu açıqlayıb.

Xatırladaq ki, razılaşma 19 yanvar bazar günü yerli vaxtla 12:15-də qüvvəyə minib. Üç mərhələdən ibarət olacaq atəşkəs razılaşmasının ilk 42 günü ərzində 33 israilli məhbusun və 1900-dən çox fələstinli məhbusun azad edilməsi qərara alınıb.

Nəzərinizə çatdıraq ki, İsrailin Qəzzadaki hərbi əməliyyatları cəmiyyət və infrastruktur üçün mənfi nəticələrə səbəb olub:

  • 48 mindən çox fələstinli həlak olub
  • 110 min nəfər, qadınlar və uşaqlar çoxluq təşkil etməklə, yaralanıb.
  • əhalinin 85 faizi (təxminən 1,9 milyon insan) evsiz qalıb və kifayət qədər ərzaq, su və digər əsas ehtiyaclardan məhrum olub.
  • evlər, kənd təsərrüfatı torpaqları, ictimai infrastruktur ciddi şəkildə dağıdılıb
Məqalədə: #İsrail #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #atəşkəs razılaşması #Yaxın Şərq münaqişəsi #Qəzza münaqişəsi #Orta Şərq münaqişələri #Yaxın Şərq problemləri #Qəzza müharibəsi #Fələstin soyqırımı #Qəzza blokadası #Məhbus mübadiləsi #Fələstin məsələsi

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.