10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrail yanvarın 19-dan bəri atəşkəsi 900 dəfədən çox pozub

3 Mart 2025 09:40
İsrail yanvarın 19-dan bəri atəşkəsi 900 dəfədən çox pozub

BAKI, AzerVoice

HƏMAS və İsrail arasında yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşması İsrail tərəfindən ən azı 900 dəfə pozulub və bu pozuntular nəticəsində yüzlərlə fələstinli ölüb və yaralanıb.

AzerVoice xəbər verir ki, Qəzzadakı Media Ofisinin direktoru İsmayıl əl-Savabite İsrailin atəşkəs rejimini dəfələrlə pozduğunu vurğulayıb.

"İşğalçı qüvvələr hava və artilleriya zərbələri endirib, pilotsuz uçuş aparatlarını intensiv şəkildə istifadə edib, humanitar yardımların girişini əngəlləyib, mülki insanlara atəş açıb və yaşayış evlərini dağıdıb."- deyə o bildirib.

O əlavə edib ki, İsrail Qəzzaya yanacaq buraxılmasına icazə vermir, mülki müdafiə qrupları üçün ağır inşaat texnikası və vasitələrin, eləcə də 260 min konteyner evi və çadırın girişini qadağan edib.

Qeyd edək ki, Yanvarın 19-da qüvvəyə minən atəşkəs və məhbus mübadiləsi çərçivəsində yanvarın 27-də Netzarim dəhlizi açılıb, fevralın 9-da isə İsrail ordusu dəhlizdən geri çəkilib. Fevralın 1-də isə Rəfah sərhəd keçid məntəqəsi xəstələr və yaralıların təxliyəsi üçün açılıb.

Razılaşmanın ilk mərhələsində İsrail 1700-dən çox fələstinli məhbusu azad edib, HƏMAS isə 33 israilli məhbusu (25-i diri, 8-i ölü) və 5 taylandlını sərbəst buraxıb.

Atəşkəsin birinci mərhələsi martın 1-də başa çatıb və fevralın 3-də yeni danışıqlar başlamalı idi. Lakin İsrail mediası baş nazir Benyamin Netanyahunun danışıqların ikinci mərhələsinin başlanmasına mane olduğunu bildirib.

Məqalədə: #İsrail #Qəzza zolağı #HƏMAS #İsrail ordusu #atəşkəs razılaşması #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Fələstinli məhbusların azad edilməsi

Mövzu üzrə digər xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

8 Sentyabr 09:26

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.