5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

3 gündür Rəfahda mühasirədə olan 9 tibb işçisindən xəbər yoxdur - Fələstin Qızıl Aypara

25 Mart 2025 14:25
3 gündür Rəfahda mühasirədə olan 9 tibb işçisindən xəbər yoxdur - Fələstin Qızıl Aypara

Bakı, AzerVoice

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində başlatdığı hücum zamanı mühasirədə qalan 9 tibb işçisindən 3 gündür xəbər olmadığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən edilən yazılı açıqlamada, "Rəfəhin qərbində mühasirəyə alınan və hədəfə alınan təcili yardım qruplarımızla 3 gündür heç bir əlaqə yoxdur. 9 səhiyyə işçimizin vəziyyəti məlum deyil". ifadələrdən istifadə edilmişdir.

İsrail ordusunun xilasetmə qrupunun sözügedən bölgəyə çatması üçün beynəlxalq təşkilatlar vasitəsilə edilən bütün koordinasiya cəhdlərini rədd etdiyi bildirilib.

Açıqlamada, Qızıl Aypara komandasının təhlükəsizliyi ilə bağlı ciddi narahatlığın olduğu və komandanın başına gələ biləcəklərə görə tamamilə İsrailin məsuliyyət daşıdığı vurğulanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətinin martın 23-də verdiyi ilk açıqlamada yaralıları xilas etmək üçün bölgəyə göndərilən 4 təcili yardım maşını və qruplarının İsrail ordusu tərəfindən mühasirəyə alındığı, hücumda bəzi tibb işçilərinin də yaralandığı bildirilib.

Həmin gün Fələstin Mülki Müdafiə Təşkilatı Rəfahın qərbinə göndərilən xilasetmə qrupu ilə əlaqənin kəsildiyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusunun yenidən hücumlara başlamasından bəri əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 700-dən çox fələstinli həyatını itirib, 1200-dən çox insan isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 50 min 82-yə, yaralıların sayı isə 113 min 408-ə yüksəlib.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Livan #Rəfah #Rəfah sərhəd qapısı #Fələstin Qızıl Aypara Cəmiyyəti

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

20:34

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.