13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrail istəyinə nail olur - HƏMAS-a qarşı “xalq üsyanı” başlayır

25 Mart 2025 22:37
İsrail istəyinə nail olur - HƏMAS-a qarşı “xalq üsyanı” başlayır

BAKI, AzerVoice

Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya qəsəbəsində yüzlərlə sakin çərşənbə axşamı müharibənin dayandırılmasını tələb edən yürüşlərdə iştirak edib və HƏMAS hərəkatını sərt tənqid edib.

Yürüş zamanı "Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir", "HƏMAS bayıra, bayıra!" kimi şüarlar səsləndirilib.

Bu yürüşlər, sosial şəbəkələrdə Qəzzalı fələstinlilər tərəfindən yayılan çoxsaylı görüntülərlə əks olunub və İsrailin Beyt Lahiya sakinlərinə təxliyə əmri verməsindən bir neçə saat sonra baş tutub.

Nümayişçilərin bir qismi, HƏMAS-ı bu təxliyə əmrlərinə səbəb olmaqda ittiham edərək bildirib ki, təşkilatın üzvləri qəsəbəyə yaxın ərazilərdən İsrail məskənlərinə raket atıblar.

Etirazçılar "Uşaqlarımızın qanı ucuz deyil", "Biz sülh və təhlükəsizlik içində yaşamaq istəyirik", "Qan axıdılmasına son!" kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Bu çağırışlar əsasən Qəzzada müharibənin dayandırılması və mülki vətəndaşların hədəf alınmasının sona yetməsi ilə bağlı olub.

Etiraz zamanı bəzi gənclər HƏMAS əleyhinə şüarları yüksək səslə səsləndiriblər. Onlardan bəziləri HƏMAS-ın lideri Yəhya Sinvarı da sərt tənqid ediblər. Xatırladaq ki, Yəhya Sənvar 2024-cü ilin oktyabrında Rəfəh şəhərində İsrail qüvvələri ilə toqquşmalarda öldürülmüşdü.

Yürüş əsasən şəhərin mərkəzi küçələrindən keçərək, çox sayda dəfə İsrail hücumlarına məruz qalan İndoneziya xəstəxanasının bir neçə metrliyində yerləşən "Zayed dairəsi"nə qədər davam edib.

Etirazçılar, İsrail məskənlərinə raket atışlarının davam etməsinə etiraz edərək, bu hərəkətlərin İsrailin təxliyə qərarlarına əsas səbəb olduğunu, insanların 15 aydan çox müddətdə dəfələrlə məcburi köçkün vəziyyətinə düşdüyünü bildiriblər.

Bəzi iştirakçılar HƏMAS əleyhinə şüar səsləndirənləri sakitləşdirməyə çalışsa da, digərləri həmin şüarları susdurmaq üçün fit çalıb və sözlü hücumlarla onların qarşısını almağa cəhd edib.

Tezliklə "FƏTH" və "HƏMAS" hərəkatlarının fəalları sosial şəbəkələrdə yürüşlərlə bağlı reaksiya göstərib və hadisələrin mənası ətrafında ciddi fikir ayrılıqları yaranıb.

Ramazan ayında İsrailin döyüşlərə yenidən başlaması və keçid məntəqələrini bağlaması ilə Qəzza zolağı çox ağır və fövqəladə şəraitlə üz-üzədir.

BMT hesabatlarına əsasən, İsrailin ötən çərşənbə axşamından bəri hərbi əməliyyatlarını bərpa etməsindən sonra 792 fələstinli, o cümlədən 720-dən çox uşaq öldürülüb və 124 mindən çox insan bir neçə gün ərzində köç etməyə məcbur qalıb.

Məqalədə: #İsrail #HƏMAS #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #Uşaqlarımızın qanı ucuz deyil #Biz sülh və təhlükəsizlik içində yaşamaq istəyirik #Qan axıdılmasına son! #Yəhya Sənvarı sərt tənqid etdilər #Zayed dairəsində kütləvi toplaşma #İsrailin əməliyyatları nəticəsində 720-dən çox uşaq öldürülüb #124 mindən çox insan yenidən köç etməyə məcbur qaldı #Qəzza ağır və fövqəladə şəraitdədir #Mülki şəxslərin hədəf alınmasına son verin #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur

Mövzu üzrə digər xəbərlər

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

12 Sentyabr 18:16
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

11 Sentyabr 17:50
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10 Sentyabr 10:02

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.