8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrail ordusu Qəzzada əməliyyatlarını genişləndirəcək - MN

2 Aprel 2025 21:58
İsrail ordusu Qəzzada əməliyyatlarını genişləndirəcək - MN

BAKI, AzerVoice

İsrail ordusu Qəzza zolağındakı hərbi əməliyyatlarını genişləndirəcək.

AzerVoice xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katsın verdiyi açıqlamada bildirilib.

Nazirin sözlərinə görə, əməliyyatın genişləndirilməsində məqsəd ərazinin terrorçulardan və onların infrastrukturundan təmizlənməsidir. Bu isə fələstinlilərin genişmiqyaslı köçürülməsini tələb edəcək.

İsrail ordusu artıq Qəzza zolağının cənubunda yerləşən Rəfah və Xan-Yunis şəhərlərinin ətrafındakı sakinlərə Al-Mavasi adlı sahil zonasında yerləşən və daha əvvəl humanitar zona elan edilmiş əraziyə köç etmələri barədə xəbərdarlıq edib.

Kats bildirib ki, təxliyə yalnız döyüşlərin getdiyi bölgələrdən həyata keçiriləcək və o, HƏMAS-ı israilli girovları geri qaytarmağa çağırıb. Onun fikrincə, bu, müharibəni dayandırmağın yeganə yoludur.

Katsın verdiyi açıqlama İsrailin hansı əraziləri nəzarətə götürəcəyi barədə konkret məlumat verilməyib.

Qeyd edək ki, İsrail ordusu artıq Qəzzada bufer zonasını genişləndirib və zolağın mərkəzindən keçən Netsarim dəhlizi boyunca geniş bir təhlükəsizlik zonası yaradıb.

Son məlumatlara görə, Qəzza zolağına gecə saatlarında endirilən zərbələr nəticəsində ən azı 15 nəfər həlak olub.

Fələstin mənbələrinin verdiyi məlumata görə, Xan-Yunis şəhərində bir evin dağıntıları altından aralarında qadınlar və uşaqların da olduğu 12 nəfərin cəsədi çıxarılıb.

Xatırladaq ki, İsrail martın 18-də Qəzzaya qarşı yeni hücumlara başlayıb. İsrail, HƏMAS-ı ABŞ-ın atəşkəsin uzadılması və hələ də Qəzzada saxlanılan 59 girovun azad edilməsi ilə bağlı yeni təklifini rədd etməkdə ittiham edib.

HƏMAS isə öz növbəsində İsraili yanvar ayında əldə edilmiş ilkin razılaşmanı pozmaqda günahlandırır.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #Rəfah #İsrael Katz #atəşkəs razılaşması #Girov mübadiləsi danışıqları #Xan Yunis #Netsarim dəhlizi #İsrail Müdafiə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

7 Sentyabr 18:17

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.