9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Əqsa tufanı əməliyyatı Məscidül-Əqsa üçün başladılıb-Əbu Ubeydə

15 İyun 2024 16:36
Əqsa tufanı əməliyyatı Məscidül-Əqsa üçün başladılıb-Əbu Ubeydə

Bakı. VOA:

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə açıqlamasında Əqsa tufanı əməliyyatını Məscidül-Əqsa üçün həyata keçirdiklərini bildirib.

 VOA xəbər verir ki, İsrailin Qəzzada oktyabrın 7-dən bəri davam edən hücumları başladığı gündən mülki vətəndaşları hədəfə almaqda davam edir.

İzzəddin Əl-Qəssam Briqadaları Qəzzanın bir çox bölgəsində İsrail qüvvələrinə qarşı hücumlar həyata keçirərkən, qrupun sözçüsü sosial media şəbəkələrində etdiyi açıqlamada zəvvarlardan "onlar üçün dua etmələrini" istəyib.

“Həcc fərzlərini yerinə yetirmək üçün Beytullah və Müqəddəs Torpaqda olan zəvvarlardan müqəddəs yerlərdə və həcc zamanı səmimi dualarında Qəzzə və Fələstindəki qardaşlarını yad etmələrini, Qəzzanı, onun səbirli xalqını və mücahidlərini bu mühüm və müqəddəs günlərdə dualarında unutmamağı xahiş edirik." - deyə Ubeydə açıqlamasında bildirib.

Sözlərinə davam edən Ubeydə, “Rahman olan Allahın qonaqları sayılan zəvvarlar həcc fərzini yerinə yetirdiyi kimi, biz də İslam ümməti adından Allahın düşmənlərinə, işğalçılara və oğrulara qarşı cihad vacibliyini yerinə yetiririk. Əqsa tufanı əməliyyatı üçüncü müqəddəs məscidimiz üçün başlamışdır və həcc ziyarəti iki milyard müsəlmana, İslam ümmətinə, düşmənimizlə müharibəmizin həqiqətini, Məhəmməd peyğəmbərin İsra və Merac məkanı olan Məscidül-Əqsamıza hücum edən və hər gün orada təxribat, işğal və yəhudiləşdirmə fəaliyyətləri həyata keçirən sionist düşməni xatırlatmaq üçün bir fürsətdir." - deyə əlavə edib.

Əqsa tufanı əməliyyatı Məscidül-Əqsa üçün başladılıb-Əbu Ubeydə
Məqalədə: #Qəzza #İsrail #Fələstin #Həcc #Əbu Ubeydə

Mövzu üzrə digər xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

20:02
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

8 Sentyabr 09:26

Son Xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.