10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Fələstinli pedaqoq İsrailin işgəncələri nəticəsində vəfat etdi

8 Avqust 2024 18:06
Fələstinli pedaqoq İsrailin işgəncələri nəticəsində vəfat etdi

Bakı, AzerVoice

İsrail həbsxanasından həkim səhlənkarlığı nəticəsində hər iki ayağı amputasiya olunmuş halda çıxan Fələstinli pedaqoq Vəfa Çerrar dünyasını dəyişdi.

AzerVoice xəbər verir ki, mayın 21-də İsrail qüvvələrinin Cenin şəhərində saxladığı zaman ağır yaralanan və hər iki ayağı dizindən kəsilən pedaqoq Vəfa Cerrar həkimlərin səhlənkarlığı nəticəsində düynasını dəyişib.

50 yaşlı Cərrarın əsirlikdə məruz qaldığı amansız işgəncələr və həbsdə olarkən qəsdən üzləşdiyi tibbi laqeydlik nəticəsində vəfat etdiyi məlum olub.

Ölümü yaxın ailə üzvləri tərəfindən böyük bir təmkinli qarşılanan Vəfa Cərrarın vəfatı ilə bağlı HƏMAS da açıqlama verib. Açıqlamada Cərrarın həyatı boyu faydalı işlərlə və ictimai fəaliyyətlərlə dolu bir həyat yaşadığı bildirilib.

Vəfa Cerrarın həyat yoldaşı, məhbus lider Abdülcəbbar Cerrar ilə birlikdə mübarizə və fədakarlıqla dolu bir həyat sürdüyü və onun həbs olunmasından etibarən həyata keçirilən yavaş öldürmə siyasəti nəticəsində həyatını itirdiyi bildirilib.

İsrailin insan haqları təşkilatı B'Tselem tərəfindən müxtəlif dillərdə dərc olunan "Cəhənnəmə xoş gəlmisiniz: İsrail həbsxanaları işgəncə düşərgələri şəbəkəsinə çevrilib" başlıqlı hesabatda 30-u işğal olunmuş Şərqi Qüds və İordan çayının qərb sahilindən, 21-i isə Qəzza zolağından və 4-ü İsrail vətəndaşı ərəblərdən olmaqla, İsrail həbsxanalarında qalmış 55 fələstinlinin ifadələrinə yer verilib.

Həkimlər, akademik qadınlar, hüquqşünaslar, universitet tələbələri, uşaqlar və siyasi liderlər də daxil olmaqla keçmiş məhbuslar 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına başladıqdan sonra İsrail həbsxanalarında yaşadıqlarından danışıblar.

Qeyd edək ki, bu vaxta qədər İsrail həbsxanalarında heç bir qanuni əsası olmadan minlərlə fələstinli saxlanılır. Beynəlxalq qurumlar tərəfindən onların ağır işgəncələrə məruz qaldığı deyilir.

Onu da əlavə edək ki, Benyamin Netanyahunun başçılıq etdiyi ifrat sağçı yəhudilər hökumətdə söz sahibidirlər və sosial sahədə üstünlük təşkil edirlər. Məhz bu qrup İordan çayının qərb sahilində fələstinlilərin tarlalarını, maşınlarını yandırıb evlərini qarət edir.

Fələstinli pedaqoq İsrailin işgəncələri nəticəsində vəfat etdi
Məqalədə: #Qəzza #İsrail #Fələstin #Vəfa Çerrar

Mövzu üzrə digər xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

8 Sentyabr 09:26

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.